Qazanbulaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazanbulaq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Tarixi Qazanbulaq qəsəbəsi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi müharibədən sonra (1945) yaxınlıqdakı zəngin neft yatağının istismara verilməsi ilə əlaqədar salınmışdir. Toponim “qazan formalı bulaq” mənasındadır. Yerli məlumata görə, qəsəbənin şimalında keçmişdə eyniadli bulaq və yaşayış məntəqəsi mövcud olmuşdur. Qəsəbə də həmin coğrafi obyektlərin adi ilə adlanmışdır.
Coğrafiyası və iqlimi Qazanbulaqda müalicəvi isti su qaynağı və neft yataqları mövcuddur.
İqtisadiyyatı Sovet dönəmində bu qəsəbədə Linza zavodu və Geoloji Kəşfiyyat İdarəsi yerləşirdi. Burada aptek və xəstəxana fəaliyyət göstərib.2025-ci il iyunun 23-də" Konstralab Industries" QSC-nin tikinti materialları istehsalı müəssisənin açılışı oldu.Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.Yaradılan müəssisə gips-karton,astar və üzlük gips məhsulları istehsal edir.
İstinadlar
Kateqoriya:Goranboy rayonunun qəsəbələri