Xocaşen-İnqar silsiləsi – Azərbaycan Respublikasında dağ silsiləsi. Xoçaşen—İngar silsiləsi Mingəçevir su anbarının sol sahili boyu şimal-qərbdən cənub-şərq istiqamətində uzanır

Ümumi məlumat Silsilə neogen və antropogenin çökmə süxurlarından təşkil olunub. Yarım səhra landşafta malikdir. Ərazidən qışlaq yeri kimi istifadə olunur. Silsilənin cənub-şərqə davamı Axarbahar silsiləsi adlanır. Bu silsilə Axarbahardan cənub-şərqə, Afsuca qədər adsız olduğundan, ümumiləşdirilib Xocaşen-İnqar silsiləsi adlandırılıb. Xoçaşen—İngar silsiləsi onun davamı olan Lənkəbiz silsiləsinə qədər Əlicançay, Turançay, Köççay, Kirdimançay və Afsuçay tərəfindən kəsilib parçalanmışdır. Silsilənin şimal yamacı cənub yamacına nisbətən az meyillidir. Onun cənub yamacı yarğanlar vasitəsilə kəskin parçalandığından yararsız sahələr (bedlend) yaranmışdır. Xoçaşen—İngar silsiləsinin şimal-qərbdə ən uca zirvəsi 450 m, cənub-şərqdə isə 840 m-dir.

Lənkəbiz silsiləsinin və Hərəmı tirəsinin cənub-qərb yamacları Şirvan düzünə dik şəkildə enir. Yamaclar (xüsusilə cənub) quru çay dərələri və yarğanlar vasitəsilə intensiv parçalanmışdır.

Geoloji quruluşu Xocaşen-İnqar silsiləsi əsasən neogen və antropogenin dəniz karbonatlı-terrigen süxurlarından təşkil olunub.

İqlimi Quru subtropik iqlimə malikdir. Ərazi yayı quraq keçən yarımsəhra quru çöl iqlimi tipinə daxildir.

Torpaq və bitki örtüyü

İstinadlar

Mənbə