Şahid Muxtar oğlu Muxtarov (1934-cü ildə Qax rayonunun İlisu kəndində anadan olub) — sovet və azərbaycanlı təsərrüfat xadimi. Azərbaycan Ali Sovetinin XII çağırış deputatı (1991–1995) olmuşdur.Мухтаров Шахид Мухтар-оглы

Bioqrafiyası 1934-cü ildə Azərbaycan SSR-in Qax rayonunun İlisu kəndində anadan olmuşdur.

Şahid Muxtarov 1956-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə Qax meşə təsərrüfatında inspektor kimi başlamış, 1962-ci ildə Zaqatala meşə təsərrüfatında mühəndis, mebel fabrikinin direktoru (1962-63), Qax konserv zavodunun direktoru (1963-73) və 1973-cü ildən Zaqatala fındıqçılıq aqrar-sənaye birliyinin baş direktoru işləmişdir. 1991-ci il martın 17-də Zaqatala rayonunun 200 nömrəli Zaqatala seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Xeyriyyəçiliyi, ağsaqqallığı ilə ölkədə böyük nüfuz sahibi olmuşdur.

Zaqatala rayon istehsalat aqrar-sənaye birliyi ««Азплодоовощпром»in baş direktoru vəzifəsində çalışmışdır. Aqrar-sənaye birliyinə uğurla rəhbərlik edən Muxtarov əməkçilərin fəaliyyətini düzgün təşkil etmiş, onun rəhbərliyi altında işçilər yüksək nəticələr əldə etmişlər. Belə ki, yalnız 1984-cü ildə müəssisənin əməkçiləri plan üzrə nəzərdə tutulduğundan əlavə 1455 ton fındıq ləpəsi istehsal etmişdilər.

Muxtarovun rəhbərliyi illərində müəssisədə yeni sənaye istehsal gücləri istifadəyə verilmişdir. Birliyin məhsulları xarici ölkələrə, o cümlədən Qərbi Avropa ölkələrinə — AFR-ə (Almaniya Federativ Respublikasına) və digər ölkələrə ixrac edilmişdir.

Kənd təsərrüfatı istehsalının inkişafında əldə etdiyi nailiyyətlərə görə 1987-ci ildə Muxtarova SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) qızıl medalı verilmişdir.

17 mart 1991-ci ildə Zaqatala rayonunun 200 saylı Zaqatala seçki dairəsindən Azərbaycan Ali Sovetinin XII çağırışı üzrğ deputatı seçilmişdir. Ali Sovetin Sənaye və energetika məsələləri üzrə komissiyasının üzvü olmuşdur.

İstinadlar Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları