II Pyotr Karacorceviç (; ) — son Yuqoslaviya kralı.
6 sentyabr 1923-cü ildə Belqradda dünyaya gəldi. Atası Yuqoslaviya kralı I Aleksandr Karacorceviç, anası isə Rumıniya kralı I Ferdinandın qızı Şahzadə Mariyadır. Hələ 11 yaşında ikən atası Marselə tərtiblənən rəsmi ziyarət əsnasında sui-qəsdlə öldürüldü və 1934-cü ildə II Pyotr dərhal taxta çıxarıldı. Atasının əmisi oğlu olan Pavel Karacorceviçin rəhbərlik etdiyi naiblik şurası dövlət işlərini ələ aldı.
İkinci Dünya müharibəsinin başlamasının ardından Şahzadə Pavel 25 mart 1941-ci ildə ölkəni Mahvər İttifaqına daxil etdi. Buna etiraz edən yerli əhali və ordu birlikləri üsyan edərək II Pyotrun hakimiyyəti ələ almasını tələb etdi. Şahzadə Pavel, xanımı Şahzadə Olqa və 3 övladı ölkədən sürgün edildi. Bu dəyişikliklər Adolf Hitlerin Belqradı bombalaması və ardından işğal etməsiylə nəticələndi. II Pyotr və hökumət üzvləri Londonda siyasi sığıncaq tapdılar. 1941-ci ilin iyununda yeni hökumət Londonda quruldu.
20 mart 1944-cü ildə Londonda Yunanıstan kralı Aleksandrın qızı Şahzadə Aleksandra ilə evləndi. Cütlüyün bu nigahdan bir oğlu doğuldu.
Aleksandr (1945-)
1945-ci ilin noyabrında Yuqoslaviyada qurulan müvəqqəti hökumət monarxiyanı ləğv etdi və Yuqoslaviya federativ respublika elan edildi. II Pyotr ABŞ-a köçdü və qalan illərini depressiya və alkoqolizmlə keçirdi. 3 noyabr 1970-ci ildə Koloradoda sirrozdan vəfat etdi. Cənazəsi öncə İllinoys ştatında dəfn edilsə də, 2013-cü ildə məzarı açıldı və Oplenatsdakı Müqəddəs Georgi kilsəsinə dəfn edildi.
Mənbə
Ədəbiyyat
Danica e Srđan Čolović, Marija Karađorđević - Kraljica majka, Arhiv Srbije, Belgrado 2001, ISBN 86-81511-16-5
İstinadlar
Kateqoriya:Yuqoslaviya kralları Kateqoriya:İkinci Dünya müharibəsinin monarxları