thumb|Metuşelah ağacı Metuşelah ağacı — Pinus longaeva növünə aid bristlecone şamıdır və 4858 yaşı ilə bilinən ən yaşlı ağaclardan biri hesab olunur. Metuşelah Kaliforniya, Nevada və Yuta ştatlarının yüksək dağlarında yayılan bristlecone şamı növüdür. Ağacın mühafizəsi məqsədi ilə dəqiq yeri gizli saxlanılır. Bu ağaclara yüksək hündürlüklərdə rast gəlinir. Yaşlı ağacın hündürlüyü 4,5-9 metr olsa da, bəzi numunələri 18 metrə qədər böyüyür. 1987-ci ildə bristlecone şamı Nevadanın əyalət ağaclarından biri kimi müəyyən edilmişdir. Dünyada yaşı təsdiqlənmiş ən qədim klonal olmayan ağac hesab olunur.

Digər bristlecone şamları

Prometheus adlı başqa bir bristlecone şamı nümunəsi olan WPN-114, 1964-cü ildə kəsildiyi zaman 4844 ildən çox yaşı olduğu müəyyən edilmişdir. Ağacın təxmin edilən cücərmə tarixi e.ə 2880-ci ildir.

Daha yaşlı bir bristlecone şamı isə 1957-ci ildə götürülmüş toxum nümunəsinə əsasən, Thomas P. Harlan tərəfindən 2009-cu ildə aşkar edildiyi bildirilmişdir. Thomas P. Harlanın hesablamlarına görə ağacın yaşı 5062 il idi və ağac 2010-cu ildə hələ də yaşayırdı.

İstinadlar

Kateqoriya:Məşhur ağaclar Kateqoriya:Kaliforniyanın görməli yerləri