Niyazi Xanbaba oğlu Hacıyev () — Azərbaycan hərbi xadimi, general-leytenant (2005).

Həyatı Niyazi Xanbaba oğlu Hacıyev 25 iyul 1954-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

1978–1993-cü illərdə daxili işlər orqanlarında zabit vəzifələrində xidmət etmişdir. 24 may 1993-cü ildə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Mühafizəsi İdarəsi rəisinin müavini təyin edilmişdir. 20 sentyabr 1993-cü ildə isə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini təyin edilmişdir.

Niyazi Hacıyev 2 iyun 2003-cü ildə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir. 2020-ci ildə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində hərbi xidmətini davam etdirmişdir. 22 avqust 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini təyin edilmişdir.

Niyazi Hacıyevə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 17 yanvar 2002-ci ildə general-mayor, 22 avqust 2005-ci ildə isə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 26 dekabr 1998 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 25 dekabr 2013 "Vətən uğrunda" medalı — 21 avqust 2015 "İgidliyə görə" medalı — 20 avqust 2018 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 22 avqust 2022 "Hərbi xidmətlərə görə" medalı — 24 iyul 2024

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar