Supermarket və ya hipermarket insanların əsas tələbat malları ilə təmin olunması, mal və xidmətlərin topdan və pərakəndə satışı üçün nəzərdə tutulmuş mağaza növüdür. Supermarket və hipermarketlərdə ərzaq məhsulları ilə yanaşı əsas ərzaq, üzvi qida, qəlyanaltılar, sürətli istehlak malları (FMCG), qeyri-ərzaq məhsulları, şəxsi qulluq vasitələri, təmizlik vasitələri, dəmirçilik məhsulları, mebel, media məhsulları, şüşə qablar, istehlakçı elektronikası|elektronika, tekstil, geyim, aksesuar, kosmetika, səhiyyə məhsulları, tütün və alkoqollu içkilər də satıla bilər. Supermarketlərin öz antrepoları da ola bilər.

Supermarketlər əvvəlki baqqal mağazaları və kiçik marketlərlə müqayisədə daha geniş məhsul seçiminə malikdir, lakin hipermarket və ya meqamarketlərlə müqayisədə daha kiçik ölçüyə və daha məhdud məhsul çeşidinə malikdir. (s. 536.) Supermarketlər, adətən, ana şirkətlərinin paylama mərkəzi|paylama mərkəzləri tərəfindən təchiz olunan pərakəndə satış şəbəkəsi mağazalarıdır. Bir çox filialları fəaliyyət göstərir. Son illərdə elektron ticarət vasitəsilə satış və üçüncü tərəf tərəfdaşlar vasitəsilə çatdırılma xidmətləri də həyata keçirilir.

Supermarketlərdə pərakəndə satış dizaynı və məhsulların nümayişi üçün gondol (pərakəndə)|gondol, təqdimat stendi, gondol başlığı, rəf, vitrin, şüşəli dolab və POS materialları istifadə olunur. Məhsulların daşınması üçün alış-veriş arabası və alış-veriş səbəti istifadə olunur. Ödəniş kassir tərəfindən satış nöqtəsində nağd pul və ya POS-terminal vasitəsilə qəbul edilir.

İstinadlar

Kateqoriya:ABŞ ixtiraları Kateqoriya:Kommersiya əmlakı Kateqoriya:Pərakəndə satış Kateqoriya:Supermarketlər