Həsənli Çingiz Namizəd oğlu (27 yanvar 1987, Xok, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan) — Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.

Həyatı Çingiz Həsənli 1987-ci il yanvarın 27-də Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xok kəndində anadan olub. 1993–2004-cü illərdə şəhid Məhəmməd Əliyev adına Xok kənd tam orta məktəbində orta təhsil alıb.

2009-cu ildə Qərbi Kaspi Universitetinin Siyasi elmlər fakültəsini politoloq ixtisası üzrə bitirib.

Ailəlidir, iki övladı var.

Əmək fəaliyyəti 2014–2019-cu illərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatında böyük məsləhətçi vəzifəsində çalışıb.

2019–2024-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin sədri olub.

2024-cü il noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 7-VII QR nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Elə həmin tarixdən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə seçilib.

Pedaqoji fəaliyyəti 2018–2020-ci illərdə "Naxçıvan" Universitetində pedaqoji fəaliyyət göstərib. Bu müddətdə politologiya, multikulturalizm və fəlsəfə fənlərini tədris edib.

Kitab “Xəbərlər” (2025) - 2024-cü il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilər haqqında rəsmi nəşrin müəllifidir.

İstinadlar

Kateqoriya:1987-ci ildə doğulanlar Kateqoriya:Şərur rayonunda doğulanlar Kateqoriya:Qərbi Kaspi Universitetinin məzunları Kateqoriya:Politoloqlar Kateqoriya:Azərbaycan politoloqları