Kufə qrammatika məktəbi () — Bəsrə qrammatika məktəbinindən bir əsr sonra yaranmış və onun rəqibi olan dilçilik məktəbi. Bu məktəbin nümayəndəsi olan dilçi alimlərə Kufiyyun deyilir.

Kufəli dil alimləri bir sıra qrammatik məsələlərdə Bəsrəli alimlərinin görüşlərindən fərqli mövqe nümayiş etdirərək özlərinə məxsus ayrıca bir dil məktəbinin formalaşmasına zəmin yaratmışlar. Qrammatik qaydaların müəyyənləşdirilməsi zamanı istifadə olunan prinsiplərin tətbiqində Bəsrə alimlərinin Kufə alimləri ilə müqayisədə daha ciddi və dəqiq metodlara üstünlük verdikləri məlumdur. Bəsrə dil məktəbi əvvəlcə Xəlil ibn Əhmədin, daha sonra isə onun tələbəsi Sibəveyhinin rəhbərliyi ilə inkişafını davam etdirərkən, eyni dövrdə Kufədə Əbu Cəfər ər-Ruəsinin (v. 803) rəhbərliyi altında başqa bir dil məktəbi meydana gəlmişdir.

Metodikası Kufə və Bəsrə dil məktəblərinin hər ikisi səma (dinləmə) və qiyasa (müqayisə) əsaslansa da, bu prinsiplərin tətbiqində müəyyən fərqlər meydana çıxmışdır. Bəsrəli dilçilər dil materialının seçilməsində daha məhdud və sistemli yanaşma nümayiş etdirmiş, Kufəli alimlər isə rəvayət olunan müxtəlif dil nümunələrindən daha geniş şəkildə istifadə etmişlər.

Nümayəndələri Kufiyyun adlanan Kufə dilçilik məktəbinə mənsub ən tanınmış dilçi alimlər bunlardır: Əl-Kisai — Kufə dilçilik məktəbinin əsaslarını müəyyənləşdirən qrammatik və qari. O, "Kitabul-Məsadir"in müəllifi və Əbu Cəfər ər-Ruəsinin yetirməsidir. Yəhya ibn Ziyad əl-Fərra Sələb Əbu Cəfər ər-Ruəsi Müfəddəl əd-Dəbbi Əbu Əmr əş-Şeybani İbn əs-Sikkit Niftəveyh Mütənəbbi İbn Xalaveyh Əl-Əxfəş əl-Əsğər İbn Faris Məhəmməd ibn Sədan Əbu Abdullah ibn əl-Ərəbi İbn əl-Ənbari Əbu Ömər əz-Zahid (Qulamu Sələb adı ilə də tanınır) Məhəmməd ibn Həbib

İstinadlar Kateqoriya:Ərəb dili