Hesseli Anna Mariya Vilhelmina Yelizaveta Matilda (; ) — Böyük Hesse hersoqu II Lüdovikin nəvəsi, Böyük Meklenburq-Şverin hersoginyası.
25 may 1843-cü ildə Darmştadtda dünyaya gəldi. Atası Böyük Hesse hersoqu II Lüdovikin oğlu Şahzadə Karl, anası isə Prussiya kralı II Fridrix Vilhelmin nəvəsi Yelizavetadır.
4 iyul 1864-cü ildə Darmştadtda Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransisklə evləndi. Bəy namizədi daha öncə evlənmişdi və ilk nigahından doğulan 4 övladı vardı. Bu evlilikdən isə yalnız bir qızı doğuldu.
Anna Yelizaveta (1865-1882)
Ancaq doğuşdan sonra səhhəti pisləşdi və 16 aprel 1865-ci ildə infeksiya səbəbilə vəfat etdi. Cənazəsi Şverin kafedralına dəfn olundu.
Mənbə
Ədəbiyyat
thePeerage.com Anne Prinzessin von Hessen und bei Rhein
Ludwig von Hirschfeld: Friedrich Franz II., Grossherzog von Mecklenburg-Schwerin, und seine Vorgänger. Duncker & Humblot, 1891.
İstinadlar
Kateqoriya:Meklenburq-Şverin sülaləsi