Badenli Fridrix (; ) — ilk Böyük Baden hersoqu Karl Fridrixin oğlu.
29 avqust 1756-cı ildə Karlsruedə dünyaya gəldi. Atası Baden-Durlax markqrafı Karl Fridrix, anası isə onun ilk xanımı və Hessen-Darmştadt landqrafı VIII Lüdovikin qızı Karolina Luizadır. Atasının ikinci oğlu idi və ənənəvi olaraq hərbi sahəyə yönləndirildi. 1766-cı ildə Oranj-Nassau alayında polkovnik rütbəsilə xidmətə başladı.
1785-ci ildə tifus epidemiyasına yoluxdu. Bu epidemiyadan xilas olsa da, ömrünün sonuna qədər izlərini daşıdı və sağlamlığına bir daha qovuşa bilmədi. Bu səbəblə, atasının sahib olduğu taxt-tac sırlamasından uzaqlaşdırıldı.
9 dekabr 1791-ci ildə Nassau hersoqu Frederik Avqustun qızı Kristina Luiza ilə evləndi. Cütlüyün övladı olmadı.
1793-cü ildə Hollandiya vəliəhdi Şahzadə Vilhelmin ordusuna qatıldı və onunla birlikdə fransızlara qarşı vuruşdu. Həmin ilin sentyabrında baş tutan Menen döyüşündəki məğlubiyyətin ardından ordudan ayrıldı və Durlaxdakı Karlsburq qalasında qapalı həyat yaşadı. 1816-1817-ci illərdə başlayan yüksək inflyasiya dövründə şəxsi gəlirini yerli taxıl anbarlarının doldurulması üçün istifadə etdi.
28 may 1817-ci ildə doğulduğu Karlsruedə vəfat etdi. Cənazəsi Pforshaymdakı Riddarholm kilsəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
Friedrich von Weech: Badische Biographien - Erster Theil, Heidelberg 1875, S. 21/22 online auf der Homepage der Badischen Landesbibliothek Hans Müller: Hans Müller: Badische Fürstenbildnisse, Zweiter Band, Karlsruhe 1893, zu Tafel 1 online in der badischen Landesbibliothek
İstinadlar
Kateqoriya:Almanlar