Əbu Cəfər ər-Ruəsi (; ) — Kufə dilçilik məktəbinə mənsub dilçi alim.

Bioqrafiyası Onun künyəsi "Əbu Cəfər", ləqəbi "ər-Ruəsi", nisbəsi isə "ən-Nili"dir. Bəzi dilçilik mənbələrində adının "Həzm" olduğu qeyd olunsa da, digər mənbələrdə adı Məhəmməd ibn Sara, Məhəməd ibn əl-Həsən ibn Sara və ya Məhəmməd ibn Əbu Sara şəklində qeyd olunmuşdur. Bəzi mənbələrə görə, ərəb morfologiyasının banisi hesab olunan Muəz ibn Hərrənin (v. 803) onun dayısı və ya əmisi olduğu haqqında məlumatlar da verilmişdir.

Kufəli olan Əbu Cəfər ər-Ruəsi təhsilini Bəsrə dilçilik məktəbinə mənsub olan dilçilərdən — İsa ibn Ömər əs-Səqəfidən və Əbu Əmr ibn Əladan almışdır.

Mənbələrə görə ona tələbəlik etmiş ən mühüm iki şəxs Yəhya ibn Ziyad əl-Fərra və əl-Kisaidir.

Mənbələrdə onun ölüm tarixi haqqında dəqiq məlumatlara rast gəlinməsə də, bəzi mənbələrdə onun 690–809-cu illər arasında öldüyü qeyd edilir.

Əbu Cəfər ər-Ruəsi "Məanil-Quran", "əl-Feysəl" (əl-Fəsl), "əl-Vəqfu vəl-ibtida əl-kəbir", "əl-Vəqfu vəl-ibtida əs-səğir", "əl-Cəmu vəl-ifrad" və "ət-Təsğir" adlı əsərlərin müəllifidir.

İstinadlar Kateqoriya:Ərəb filoloqlar