Badenli Vilhelmina Lüdovika (; ) — Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi, Böyük Hesse hersoginyası.
21 sentyabr 1788-ci ildə Karlsruedə dünyaya gəldilər. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu vəliəhd-şahzadə Karl Lüdovik, anası isə Hessen-Darmştadt landqrafı IX Lüdovikin qızı Amaliyadır. Fransız və İsveçrəli mürəbbiyələrin nəzarətində saray təlim-tərbiyəsi aldı.
19 iyun 1804-cü ildə dayısı olan Hessen-Darmştadt landqrafı I Lüdovikin oğlu vəliəhd-şahzadə Lüdoviklə evləndirildi. Cütlüyün bu nigahdan 7 övladı doğulsa da, vəliəhdin nigahdan kənar eşq yaşadığı məşuqələri səbəbilə xoşbəxt deyildilər.
III Lüdovik (1806-1877) Ölü doğulan oğlan uşağı (18 avqust 1807) Karl Vilhelm (1809-1877) Amaliya Yelizaveta (1821-1826) Ölü doğulan qız uşağı (7 iyun 1822) Aleksandr Lüdviq (1823-1888) Mariya Vilhelmina (1824-1880)
İlk 3 övladının doğumundan sonra cütlük rəsmi olaraq boşanmasa da, ayrı ayrı saraylarda yaşamağa başladılar. 1820-ci ildə baron Avqust von Senarklenslə eşq yaşamağa başladı və sonradan doğulan 4 övladının atasının o olduğu güman edilir. Buna baxmayaraq bütün övladları vəliəhd-şahzadə Lüdovik tərəfindən tanındı və öz övladı kimi qəbul edildi.
1830-cu ildə ərinin taxta çıxmasıyla Böyük Hesse hersoginyası ünvanı aldı.
1836-cı ildə tifus xəstəliyi səbəbilə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Günter Baisch, Claudia Schäfer, „Jugenheim Der Heiligenberg und die Battenberger“, Verkehrs- und Verschönerungsverein Jugenheim 1863 e. V., Seeh.-Jugenheim 2011, 128 S. ohne ISBN Hans Buchmann: Jugenheim, Balkhausen und der Heiligenberg – Aus der Chronik der Gemeinden Jugenheim und Balkhausen, Hg. Verkehrs- und Verschönerungsverein Jugenheim a.d.B. 1863 e. V., 1. Auflage, Handelsdruckerei Horn, Jugenheim 1978, 488 Seiten ohne ISBN Egon Caesar Conte Corti: Unter Zaren und gekrönten Frauen. Schicksal und Tragik europäischer Kaiserreiche an Hand von Briefen, Tagebüchern und Geheimdokumenten der Zarin Marie von Rußland und des Prinzen Alexander von Hessen. Salzburg und Leipzig, Pustet 1936, 448 S.ohne ISBN. Annelore Dahlinger, „Die Darmstädter Rosenhöhe – Führung durch Geschichte und Botanik“ Darmstadt, Weststadt Verlag 2014, 112 S. ISBN 978-3-940179-23-4 Eckhart G. Franz: Wilhelmine Großherzogin von Hessen und bei Rhein. In: Roland Dotzert et al.: Stadtlexikon Darmstadt. Konrad Theiss Verlag, Stuttgart 2006, ISBN 978-3-8062-1930-2, S. 991 (Digitalisat). Eckhart G. Franz (Hrsg.): Haus Hessen. Biografisches Lexikon. (= Arbeiten der Hessischen Historischen Kommission N.F., Bd. 34) Hessische Historische Kommission, Darmstadt 2012, ISBN 978-3-88443-411-6, Nr. HD 66, S. 341–342 (Eckhart G. Franz). Rudolf Kunz, „Jugenheim und seine Kirche – Zur 700-Jahrfeier der Evangelischen Kirche Jugenheim an der Bergstraße“, hg. v. Kirchenvorstand, Handelsdruckerei Horn, Jugenheim 1963, 128 S. ohne ISBN
İstinadlar
Kateqoriya:Almanlar Kateqoriya:Almaniya lüteranları Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:Kraliçalar