Hessen-Darmştadtlı Karl Vilhelm Lüdovik (; ) — Böyük Hesse hersoqu II Lüdovikin oğlu.

23 aprel 1809-cu ildə Darmştadtda dünyaya gəldi. Atası Böyük Hesse hersoqu I Lüdovikin oğlu vəliəhd-şahzadə Lüdovik, anası isə Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi Badenli Vilhelminadır. Doğulduğu əsnada babası hələ taxtda idi. Hərbi karyeraya yönləndirildi və Avstriya ordusuna xidmətə göndərildi. 1830-cu ildə babasının vəfatıyla atası taxta çıxdı və 2 il sonra Karl Vilhelm Hessen ordusuna qayıtdı.

1835-ci ilin dekabrında Prussiya kralı III Fridrix Vilhelmin qardaşı qızı Yelizaveta ilə nişanlandı. Cütlüyün toy mərasimi 22 oktyabr 1836-cı ildə Berlində baş tutdu. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

IV Lüdovik (1837-1892) Henrix Lüdovik (1838-1900) Anna Mariya (1843-1865) Vilhelm Lüdovik (1845-1900)

1836-cı ildən vəfatınadək piyada alayının komandanı kimi xidmət etdi. 1834-1849 və 1856-1877-ci illərdə Hessen parlamentinin üzvü idi. 1848-ci ildə atasının vəfatından sonra taxta böyük qardaşı III Lüdovik çıxdı. Ancaq onun oğul varisi olmadığı üçün yaşca ən böyük şahzadə kimi taxt varisi ünvanı aldı. Buna baxmayaraq qardaşından yalnız 3 ay öncə - 20 mart 1877-ci ildə vəfat etdi və taxt hüququ böyük oğlu vəliəhd-şahzadə Lüdovikə keçdi.

Mənbə

Ədəbiyyat

Eckhart G. Franz (Hrsg.): Haus Hessen. Biografisches Lexikon. (= Arbeiten der Hessischen Historischen Kommission N.F., Bd. 34) Hessische Historische Kommission, Darmstadt 2012, ISBN 978-3-88443-411-6, Nr. HD 69, S. 343–344 (Eckhart G. Franz). Genealogisches Staatshandbuch, Frankfurt am Main, 1839, S. 101. Jochen Lengemann: MdL Hessen. 1808–1996. Biographischer Index (= Politische und parlamentarische Geschichte des Landes Hessen. Bd. 14 = Veröffentlichungen der Historischen Kommission für Hessen. Bd. 48, 7). Elwert, Marburg 1996, ISBN 3-7708-1071-6, S. 182. Klaus-Dieter Rack, Bernd Vielsmeier: Hessische Abgeordnete 1820–1933. Biografische Nachweise für die Erste und Zweite Kammer der Landstände des Großherzogtums Hessen 1820–1918 und den Landtag des Volksstaats Hessen 1919–1933 (= Politische und parlamentarische Geschichte des Landes Hessen. Bd. 19 = Arbeiten der Hessischen Historischen Kommission. NF Bd. 29). Hessische Historische Kommission, Darmstadt 2008, ISBN 978-3-88443-052-1, Nr. 359.

İstinadlar