İmplementasiya ( — «həyata keçirilmə, icra, praktiki reallaşdırma») — beynəlxalq hüquqda beynəlxalq öhdəliklərin dövlətdaxili səviyyədə faktiki həyata keçirilməsi, habelə beynəlxalq hüquq normalarının milli hüquq sisteminə daxil edilməsinin konkret üsuludur.
İmplementasiyanın əsas tələbi məqsədlərə və beynəlxalq hüquqi müddəanın məzmununa ciddi riayət edilməsidir.
İmplementasiyanın üsulları aşağıdakılardır:
inkorporasiya; ; ümumi, xüsusi və ya konkret göndəriş.
İnkorporasiya zamanı beynəlxalq hüquq normaları hər hansı dəyişiklik edilmədən, sözbəsöz onları implementasiya edən dövlətin qanunlarında təkrar edilir.
Transformasiya zamanı müvafiq beynəlxalq müqavilənin normaları milli qanunvericiliyə daxil edilərkən müəyyən dərəcədə yenidən işlənilir (adətən bu, milli hüquqi ənənələrin və hüquq texnikası standartlarının nəzərə alınması zərurəti ilə əlaqədar baş verir).
Ümumi, xüsusi və ya konkret göndəriş halında beynəlxalq hüquq normaları qanunun mətninə birbaşa daxil edilmir və həmin qanunda yalnız onlara istinad edilir. Beləliklə, göndəriş yolu ilə implementasiya zamanı milli hüquq normasının tətbiqi ilkin mənbəyə — müvafiq beynəlxalq müqavilənin mətninə birbaşa müraciət edilmədən mümkün olmur.
Kateqoriya:Beynəlxalq hüquq