Hrant Dink Vəqfi () — Hrant Dinkin xatirəsini yaşatmaq məqsədilə İstanbul mərkəzli olaraq Türkiyədə fəaliyyət göstərən fond.
2007-ci ildə İstanbulda təsis edilmişdir. Məqsədi: "Ayrı-seçkiliklə mübarizə aparmaq, Türkiyə–Ermənistan münasibətlərinin inkişafına töhfə vermək, dialoq və sülh dilini formalaşdırmaq, fərqli kimlikləri yaxınlaşdırmaq, mədəni irsi qorumaq, Türkiyə–Aİ münasibətlərini inkişaf etdirməkdir." 2015-ci ildən bəri fəaliyyətini Hərbiyyədə yerləşən "Anarad Hığutyun" binasında davam etdirir.
Fəaliyyətlər right|thumb|Vəqfin binasında yerləşdirilmiş "Agos" sayları.
Dialoqu, sülh və empatiya mədəniyyətini inkişaf etdirməyi bütün fəaliyyətlərinin əsası kimi müəyyən edən fondun çalışma sahələrindən bəziləriuşaqlar və gənclər arasında imkan bərabərliyi və onların yaradıcı tərəflərinin dəstəklənməsi, mədəni müxtəlifliyin zənginlik, fərqliliyin isə bir hüquq kimi qəbul edilməsi, Türkiyə, Ermənistan və Avropa cəmiyyətləri arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, Türkiyənin demokratikləşmə prosesinin dəstəklənməsi, millətçilikdən və irqçilikdən arındırılmış tarix tədqiqatları, habelə Hrant Dink ilə bağlı yazı, fotoşəkil və sənədlərin toplanmasıdır.
Hrant Dink Vəqfi bu sahələrdə tədqiqatlar aparır. Kitablar nəşr edir; arxivlər yaradır, yay məktəbləri təşkil edir, film, musiqi, təsviri incəsənət, rəqs və ədəbiyyata yönəlmiş festivallar keçirir, iştirakçıların bir-birindən öyrənməsinə imkan verən seminarlar və turlar təşkil edir və Hrant Dinkin xatirəsinə mükafat təqdim edir.
2009-cu ildən bəri vəqf 15 sentyabrda, Hrant Dinkin doğum günündə keçirilən mərasimdə biri ölkə daxilindən, digəri isə xaricdən olan iki nəfərə Hrant Dink mükafatlarını təqdim edir.
Vəqf Türkiyədəki ermənişünaslıq və azlıqlar sahəsində xüsusi arxiv və kolleksiyalardan, eləcə də müxtəlif DVD-lərdən və xəritələrdən ibarət 20.000 kitabdan ibarət kitabxana açıb.
Mükafatlar Hrant Dink Vəqfi Jak Şirak tərəfindən təsis edilən Şirak Fondu tərəfindən 2017-ci ildə "Münaqişələrin Qarşısının Alınması" mükafatına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:2007-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyə erməniləri