Adrian Ditrix Lotar fon Trota (; ) — Almaniya hərbi xadimi, piyada generali, Cənubi Afrikada herero və nama soyqırımının əsas təşkilatçısı.

Həyatı 1865-ci ildə Prussiya ordusuna daxil olmuş və Prussiya-Avstriya müharibəsində iştirak etmişdir. 1871-ci ildə Fransa–Prussiya müharibəsi zamanı II dərəcəli "Dəmir Xaç" ordeni ilə təltif olunmuşdur. 15 oktyabr 1872-ci ildə ailə həyatı qurmuşdur.

1894-cü ildə Maji-Maji üsyanının yatırılması üçün Şərqi Afrikaya göndərilmişdir. 17 avqust 1900-cü ildə Çində Boksçular üsyanının yatırılmasında iştirak edən 1-ci Şərqi Asiya Piyada Briqadasının komandiri təyin edilmişdir.Kiernan, Ben. 2007. Blood and soil: a world history of genocide and extermination from Sparta to Darfur. Yale University Press. ISBN 978-0-300-10098-3. p.382. 3 may 1904-cü ildə Almaniya Cənub-Qərbi Afrikasında baş komandan təyin olunmuşdur. 1904–1905-ci illərdə həm də koloniyanın qubernatoru vəzifəsini icra etmişdir.

1904-cü ilin oktyabrında herero üsyanı zamanı Vaterberq döyüşündə üsyançı qüvvələri darmadağın etdi. Hererolar Kalaxari səhrasına geri çəkilməyə məcbur oldular və onların çoxu orada susuzluqdan həlak oldu. Bundan əlavə, alman patrul dəstələri onun əmri ilə hereroların ehtimal olunan qaçış yollarını nəzarətə götürür və sonuncuların sığındığı ərazidəki azsaylı su mənbələrini zəhərləyirdilər. Nəticədə hereroların yalnız kiçik bir hissəsi britaniyalıların nəzarətində olan qonşu ərazilərə qaçaraq xilas ola bildi. 1904-cü ilin payızında Hendrik Vitbooy və Yakob Morenqanın rəhbərliyi ilə nama xalqının daha bir üsyanı baş qaldırdı; Vitbooyun Farqlas döyüşündə həlak olmasından sonra fon Trota öz tapşırığını yerinə yetirilmiş hesab edərək 19 noyabr 1905-ci ildə Almaniyaya qayıtdı.cf. Drechsler, Horst: Let Us Die Fighting: The Struggle of the Herero and Nama Against German Imperialism, 1884–1915 (London: Zed Press, 1980), 150. Üsyanın yatırılması zamanı göstərdiyi hərbi nailiyyətlərə görə o, "Pour le Mérite" ordeni ilə təltif edilsə də, üsyanın böyük ictimai əks-səda doğuran amansızlıqla yatırılması İmperator II Vilhelmin onunla görüşməkdən imtina etməsinə səbəb oldu.

1910-cu ildə piyada generali rütbəsinə layiq görülmüş, 1912-ci ildə isə ikinci dəfə ailə qurmuşdur. 1920-ci ildə qarın yatalağından vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər General Lothar fon Trotha

Kateqoriya:Almaniya imperiyası generalları Kateqoriya:İnfanteriya generalları (Prussiya) Kateqoriya:Almanlar Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:Namibiya tarixi Kateqoriya:Saksoniya zadəgalığı Kateqoriya:Soyqırım törədənlər