Saksen-Qota-Altenburqlu Yelizaveta Doroteya (; ) — Saksen-Qota və Saksen-Altenburq hersoqu I Ernestin qızı, Hessen-Darmştadt landqrafinyası.
8 yanvar 1640-cı ildə Koburqda dünyaya gəldi. Atası Saksen-Qota hersoqu I Ernest, anası isə Saksen-Altenburq hersoqu İohann Filippin qızı Yelizaveta Sofiyadır.
5 dekabr 1666-cı ildə Qotada Hessen-Darmştadt landqrafı VI Lüdoviklə evləndirildi. Bəy namizədi daha öncə evlənmişdi və geridə 6 övladıyla dul qlamışdı. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.
Ernest Lüdovik (1667-1739) Georq (1669-1705) Sofiya Luiza (1670-1758) Filipp (1671-1736) İohann (1672-1673) Henrix (1671-1741) Yelizaveta Doroteya (1676-1721) Frederik (1677-1708)
Ərinin vəfatının ardından 1678-ci ildə ögey oğlu VII Lüdovik taxta çıxdı. Onun 18 həftəlik qısa səltənəti boyunca Yelizaveta Doroteya naibə kimi xidmət etdi. Ardından isə doğma oğlu Ernest Lüdovik taxta çıxarıldı. 1688-ci ilədək naibə olaraq xidmət etdi. 1709-cu ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
New Journal for the History of the Germanic peoples, Volume 1, Issue 1–4, Anton, 1832, p. 88 Ute like to eat:princesses at the Saxon court, Leipzig University Press, 2007, p. 128 Moritz Theodor Frommelt: Sachsen-Altenburg geography or history, Klinkhardt, 1838, p. 129
İstinadlar
Kateqoriya:XVII əsr zadəganları Kateqoriya:Şahzadələr Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XVIII əsr şəxsləri