Prussiyalı Luiza Avqusta Vilhelmina Amaliya (; ) — Prussiya kralı III Fridrix Vilhelmin qızı, Niderland şahzadəsi.
1 fevral 1808-ci ildə dünyaya gəldi. Atası Prussiya kralı III Fridrix Vilhelm, anası isə Böyük Meklenburq-Strelitz hersoqu II Karlın qızı Luiza Avqustadır. Hələ uşaq yaşlarından bibisi oğlu olan Niderlandlı Frederiklə evləndiriləcəyi düşünülürdü. Digər yandan qardaşı Albert də bibisinin qızı Marianna ilə evlənməli idi. Bu tamamilə siyasi məqsədlərlə düşünülən evliliklər idi. 1823-cü ildə nişanlanan cütlüyün toy mərasimi 21 may 1825-ci ildə Berlində baş tutdu və bu nigahdan 4 övladları doğuldu.
Luiza (1828-1871) Vilhelm Karel (1833-1834) Vilhelm Albert (1836-1846) Mariya (1841-1910)
Toy mərasiminin ardından Haaqada məskunlaşan cütlük siyasətdən uzaq nisbətən sakit həyat yaşadılar. Luiza Avqustanın Niderland, İsveç və Rusiyadakı qohumlarına yazdığı məktublar dövrün saray həyatı barədə xeyli məlumat verir. 1869-cu ildə öz adını daşıyan yetimlər evi təsis etdi.
6 dekabr 1870-ci ildə vəfat etdi. Cənazəsi Delftdəki Nive kerk məzarlığına dəfn olundu.
Mənbə
Ədəbiyyat
F. de Bas. Prins Frederik der Nederlanden en zijn tijd, 4 delen. — Schiedam, 1887—1913. C. Postma. Prins Frederik der Nederlanden. Een vorstelijk burger in de 19de eeuw: 1797—1881. — Den Haag, 1961. Peter Wander. Haagse huizen van Oranje. Vier eeuwen paleizen en huizen van de Oranjes in en om de residentie. — Den Haag, 1981. L.A. Struik. Oranje in ballingschap 1795—1813. Een odyssee. — 2006. Daniel Schönpflug. Louise von Preussen. Königin der Herzen. — 2010.
İstinadlar Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Almanlar Kateqoriya:Hohensollernlər Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:Köniqsberq şəxsləri