Qreqq Semenza () — amerikalı həkim, pediatr və genetikdir. O, daha çox 1995-ci ildə HIF1A zülalının kəşfçisi kimi tanınır.Johns Hopkins Researcher Awarded Prestigious Wiley Prize In Biomedical Sciences — 02/04/2014. Дата обращения: 27 мая 2018. Архивировано 27 мая 2018 года.Gregg Semenza Receives American Society for Clinical Investigation Award — 01/04/2012. Дата обращения: 27 мая 2018. Архивировано 27 мая 2018 года.Gregg Semenza, MD, PhD — Johns Hopkins Medicine. Дата обращения: 27 мая 2018. Архивировано 27 мая 2018 года.Gregg Semenza Wins Lasker Award for Insights into How Cells Sense Oxygen — 09/13/2016. Дата обращения: 27 мая 2018. Архивировано 28 мая 2018 года. O, Con Hopkins Universitetinin professoru və ABŞ Milli Elmlər Akademiyasının (2008il) və Tibb Akademiyasının (2012il) üzvüdür. O, çox istinad edilən bir alimdir.China overtakes UK in number of highly cited researchers 2019-cu ildə Uilyam Kelin və Peter Ratkliff ilə birlikdə "Hüceyrələrin oksigenin mövcudluğunu necə hiss etdiyini və ona necə uyğunlaşdığını kəşf etdiklərinə görə" Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatına layiq görülmüşlər.The Nobel Prize in Physiology or Medicine 2019. Дата обращения: 7 октября 2019. Архивировано 23 мая 2020 года.

Həyat yolu Nyu-Yorkun Kvins ştatının Flaşinq şəhərində böyük bir ailənin ilk uşağı olaraq anadan olan Semenza, Vest Çesterin Tarki-Tau şəhərində böyüyüb.A conversation with Gregg Semenza (англ.). Дата обращения: 6 октября 2024. Архивировано 7 октября 2019 года. Q. Semenzanın elmə olan marağı orta məktəb biologiya müəllimi tərəfindən yaranıb və ailə dostundan Daun sindromlu uşağın dünyaya gəlməsi Semenzanı uşaq genetikası üzrə təhsil almağa sövq edib.Gregg Semenza Wins Lasker Award for Insights into How Cells Sense Oxygen — 09/13/2016. Дата обращения: 27 мая 2018. Архивировано 28 мая 2018 года. O, Harvard Universitetinin bakalavr səviyyəsini 1978-ci ildə bitirib. 1984-cü ildə Pensilvaniya Universitetində tibb elmləri doktoru və doktorluq dərəcələrini alıb. Daha sonra pediatriya sahəsində çalışıb, o cümlədən Dyuk Universiteti Tibb Mərkəzində təcrübə keçib. 1986-cı ildən Con Hopkins Universitetində tibbi genetika üzrə postdoktoral tədqiqatçı, 1990-cı ildən isə onun heyətində çalışır. Hazırda Cons Hopkins Universitetinin Tibb Məktəbində bir sıra professor vəzifələrində çalışır: C. Michael Armstrong adına professor, pediatriya, tibb, onkologiya, radiasiya onkologiyası və biokimya kafedralarının professorudur. Həmçinin həmin universitetin Hüceyrə Mühəndisliyi İnstitutunda Damar Biologiyası Proqramının təsisçi-direktoru, Tibbi Genetika İnstitutunun və Sidney Kimmel Kompleks Xərçəng Mərkəzinin üzvüdür. Bundan əlavə, universitetin digər institutları ilə də əməkdaşlıq edir.Gregg Semenza Receives American Society for Clinical Investigation Award — 01/04/2012. Дата обращения: 27 мая 2018. Архивировано 27 мая 2018 года.

Mükafatları 1989-cu ildə — Lucille P. Markey Biotibbi Elmlər Mükafatı, Markey Fondu, Markey Trust

1994-cü ildə — Təsis edilmiş Tədqiqatçı Mükafatı, Amerika Ürək Assosiasiyası

1999-cu ildə — Jean və Nicholas Leone Mükafatı, Uşaqların Beyin Şişləri Fondu

2010-cu ildə — Gairdner Beynəlxalq Mükafatı

2012-ci ildə — Lefoulon-Delalande Fondunun Elmi Qran Pri mükafatı- Fransa İnstitutu (Uilyam Kelin və Piter Ratkliff ilə birlikdə)

2012–2016-cı illərdə — Amerika Xərçəng Cəmiyyətinin Tədqiqat Professoru

2014-cü ildə — Uailey Fondunun Ualey Mükafatı (Uilyam Kelin, Piter Ratkliff və Stiven Maknayt ilə birlikdə)

2016-cı ildə — Albert Lasker adına Fundamental Tibbi Tədqiqatlar Mükafatı (Uilyam Kelin və Piter Ratkliff ilə birlikdə)

2018-ci ildə — Massry mükafatı

2019-cu ildə — Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatı (Uilyam Kelin və Peter Ratkliff ilə paylaşılıb)

2019-cu ildə — yüksək istinad olunan tədqiqatçıGlobal Highly Cited Researchers 2019 list reveals top talent in the sciences and social sciences — Clarivate (англ.). Дата обращения: 6 октября 2024. Архивировано 3 декабря 2019 года.

İstinadlar

Kateqoriya:ABŞ tibbi tədqiqatçıları Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:ABŞ həkimləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ şəxsləri Kateqoriya:XX əsr həkimləri Kateqoriya:XXI əsr ABŞ şəxsləri Kateqoriya:XXI əsr həkimləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Pediatrlar