İliana Malinova Yotova (24 oktyabr 1964) — 23 yanvar 2026-cı ildən etibarən Bolqarıstan Prezidenti vəzifəsini icra edən bolqar siyasətçisi və jurnalist. O, Bolqarıstanda bu vəzifəni tutan ilk qadındır. Bolqarıstan Sosialist Partiyasının üzvü olan Yotova 2017–2026-cı illərdə Rumen Radevin rəhbərliyi dövründə, vitse-prezident vəzifəsində çalışıb. Radevin istefasından sonra dövlət başçısının səlahiyyət müddəti başa çatmamış prezident vəzifəsini icra etməyə başlayan Bolqarıstanın ilk vitse-prezidentidir.
İlk illəri və təhsili İliana Yotova 24 oktyabr 1964-cü ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olub.UPDATED Iliana Iotova Becomes Bulgaria's President after Constitutional Court Ruling Atası, Malin Todorov, hörmətli həkim və şəhər xəstəxanasının baş həkimi, həmçinin 1999–2003-cü illərdə Slivnitsa şəhərinin meri vəzifəsində çalışıb.Biography of Iliana Yotova
İlliana orta təhsilini Sofiyadakı Fransız liseyində başa vurub."Iliana Iotova". 1989-cu ildə Sofiya Universitetindən bolqar və fransız filologiyası üzrə bakalavr dərəcəsi alıb. Daha sonra Strasburq Milli İdarəçilik məktəbində və Strasburq Universitetinin Avropa Araşdırmaları instutunda təhsilini davam etdirib.
Yotova fransız, rus və ingilis dillərini bilir.
Karyerası 1980-ci illərdə İliana Yotova Sofiyadakı "Vəftizçi Müqəddəs İohann" xəstəxanasında tibb bacısı kimi işə başlayıb. 1990–1997-ci illər arasında Bolqarıstan Milli televiziyasında müxbir, redaktor, rejissor, xəbər və aktual mövzulu verilişlərin aparıcısı kimi çalışıb, həmçinin Xəbərlər və Aktual mövzular departamentinin direktoru, 1997-ci ildə Bolqarıstan Sosialist Partiyasının mətbuat xidmətinin rəhbəri olub."Профил на Илиана Йотова"
Siyasi karyerası 2005-ci ildə Bolqarıstanda keçirilən ümumi seçkilərdə Yotova Milli Assambleyaya deputat seçildi və 2007-ci ilə qədər bu vəzifədə çalışdı. Səlahiyyət müddəti ərzində o, Frankofoniya Parlament Assambleyasındakı Bolqarıstan nümayəndə heyətinə rəhbərlik etmiş, həmçinin Avropa İttifaqı Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.
Avropa Parlamentinin üzvü (2007–2017) İliana Yotova 2007-ci və 2014-cü illərdə Avropa Parlamentinə üzv seçildi.Европейский Праламент. Илиана Йотова Orada o, Sosialistlər və Demokratların Proqressiv Alyansı qrupuna daxil idi. Parlamentdə Yotova Daxili Bazar və İstehlakçıların müdafiəsi komitəsi (2007–2009), Balıqçılıq komitəsi (2009–2014) və Petisiyalar komitəsində (2009–2014) üzv idi. O, 2012-2013-cü illərdə Mütəşəkkil cinayətkarlıq, Korrupsiya və Çirkli pulların yuyulması üzrə Xüsusi komitənin üzvü olub. 2014-cü il seçkilərindən etibarən Yotova sədr Klod Moraesın rəhbərliyi altında Vətəndaş azadlıqları, Ədliyyə və Daxili İşlər komitəsinin sədr müavini olub. Bu vəzifədə o, 40 000 qaçqının Avropa İttifaqı daxilində ədalətli şəkildə bölüşdürülməsini nəzərdə tutan 2015-ci il hesabatı üzrə öz parlament qrupunun məruzəçisi qismində çıxış etmişdir.Refugee crush overwhelms EU Dublin rule
Yotova komitələrdəki fəaliyyəti ilə yanaşı Aİ – Monteneqro Stabilləşmə və Assosiasiya Parlament Komitəsindəki parlament nümayəndə heyətinin sədri, həmçinin Aralıq dənizi Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur. O, həmçinin Avropa Parlamentinin dürüstlük (şəffaflıq, korrupsiya ilə mübarizə və mütəşəkkil cinayətkarlıqla mübarizə) üzrə partiyalararası qrupunun üzvü idi. "Intergroup "Integrity, Transparency, Anti-Corruption and Organised Crime": List of the Members
Bolqarıstanın vitse-prezidenti (2017–2026) 2016-cı ildə Bolqarıstanda keçirilən prezident seçkiləri ərəfəsində İliana Yotova Bolqarıstan Sosialist Partiyası tərəfindən rəsmi olaraq vitse-prezidentliyə namizəd irəli sürüldü və prezidentliyə namizəd Rumen Radevlə birlikdə seçkilərə qatıldı. Vitse-prezident seçildikdən sonra o, Avropa Parlamentinin üzvü vəzifəsindən istefa verdi. Hər ikisinin 2017-ci il yanvarın 19-da andiçməsi oldu və yanvarın 22-də onlar öz vəzifələrinin icrasına başladı.New Bulgarian president takes oath of officeOfficially: Iliana Yotova Becomes Bulgaria’s First Female President as Rumen Radev Steps Down 1 fevral 2021-ci ildə Prezident Radev rəsmi olaraq elan etdi ki, o və İliana Yotova 2021-ci il ümumi seçkilərində ikinci müddətə namizədliklərini irəli sürəcəklər."Bulgarian President Radev Announces Pitch for Second Term".
2017-ci il yanvarın 19-da Yotova və Radev Bolqarıstan Milli Assambleyasında, müvafiq olaraq Bolqarıstan Respublikasının vitse-prezidenti və prezidenti qismində and içdilər və 2017-ci il yanvarın 22-də rəsmən öz vəzifələrinin icrasına başladılar.
Bolqarıstan Prezidenti (2026–hazırkı dövr) 19 yanvar 2026-cı il tarixində xalqa müraciətində o vaxtkı prezident Rumen Radev istefa vermək niyyətində olduğunu açıqladı.Радев подаде оставка като президент, отива на избори Ertəsi gün Radev Prezident vəzifəsindən istefasını Konstitusiya Məhkəməsinə təqdim etdi.Радев официално подаде оставка пред Конституционния съд
Üç gün sonra, yanvarın 23-də Konstitusiya Məhkəməsi Radevin istefasını rəsmən qəbul etdi və 2026-cı il yanvarın 23-də, Konstitusiya Məhkəməsinin Rumen Radevin heç bir kənar təzyiq olmadan, könüllü şəkildə verdiyi istefasını təsdiqləməsindən sonra, İliyana Yotova rəsmən Bolqarıstan Prezidentinin səlahiyyətlərinin icrasına başladı.
Şəxsi həyatı İliana Yotova həkim, Prof. Dr. Andrey Yotovla evlidir, bir oğlu və bir nəvəsi var.
İstinadlar
Xarici keçidlər
European Parliament. Iliana Iotova Bulgaria Official website of Iliyana Iotova
Kateqoriya:Bolqarıstan prezidentləri Kateqoriya:Bolqarıstan Kateqoriya:Bolqarıstanın dövlət quruluşu Kateqoriya:Bolqarıstanda siyasət Kateqoriya:Bolqarıstan siyasətçiləri Kateqoriya:Vitse-prezidentlər Kateqoriya:Prezidentlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Qadın siyasətçilər