Enolu İzabella (; ) — Eno qrafı V Baldvinin qızı, Fransa kraliçası.

5 aprel 1170-ci ildə Lilldə dünyaya gəldi. Eno qrafı V Baldvinin qızıdır. Hələ 1 yaşında ikən atası onu Şampan qrafı I Henrinin oğlu şahzadə Henriylə nişanlandırdı. O əsnada 5 yaşı olan şahzadə Henri Fransa kraliçası Adelaydın qardaşı oğlu idi və bu evlilik siyasi məqsədlərlə planlanmışdı. 1179-cu ildə tərəflər bu nişanı rəsmiləşdirsə də, daha sonra atası bu andlaşmanı pozdu və qızının kralın uzaq qohumuyla deyil, öz oğlu vəliəhd-şahzadə Filipplə evlənməsinə razılıq verdi. Bu isə qardaşlarının nüfuzunun azalması səbəbilə Kraliça Adelaydın narazılığına səbəb oldu.

Cütlüyün toy mərasimi 28 aprel 1180-ci ildə baş tutdu. Çox keçmədən Fransa kralı VII Lüdovik vəfat etdi və əri II Filipp adıyla anasının naibəliyi altında taxta çıxdı.

Cütlüyün münasibətləri ilk başda yaxşı idi. Ancaq atasının kralın düşmənlərini dəstəkləməsi cütlüyün münasibətlərini pisləşdirdi. Hətta kral onu boşamaq niyyətinə düşsə də, siyasi səbəblər buna mane oldu. Cütlüyün ilk övladının dünyaya gəlişiylə münasibətləri yaxşılaşdı.

VIII Lüdovik (1187-1226) Robert (14 mart 1190), eyni gün öldü. Filipp (14 mart 1190), 3 gün yaşaya bildi.

Onun ikinci hamiləliyi isə çox ağır keçdi. 14 mart 1190-cı ildə Robert və Filipp adını verdikləri əkiz oğlan uşaqları dünayay gətirdi. Ancaq bunlardan biri həmin gün, digər isə 3 gün sonra vəfat etdi. Digər yandan doğuş zamanı edilən tibbi müdaxilə səbəbilə, İzabellanın səhhəti pisləşdi və ertəsi gün vəfat etdi.

Cənazəsi təntənəli bir mərasimlə Parisdəki Notr-dam kilsəsinə dəfn olundu.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Kapetlər sülaləsi