Zərqaül-Yəmamə () — İslamaqədərki Ərəbistanda, Yəmamə bölgəsində yaşamış göygözlü əfsanəvi qadın. Cədis qəbiləsinə mənsub olan bu qadının müstəsna fəhminə, iti görmə qabiliyyətinə və hadisələri baş verməzdən əvvəl görmək bacarığına malik olduğu bildirilmişdir.
Əfsanə Qədim rəvayətə görə, Zərqanın bir həftəlik məsafədən gələn süvariləri görmək qabiliyyətinə malik olduğuna inanıldığı üçün qəbiləsi düşmənləri aşkar etməkdə və öz torpaqlarını müdafiə etməkdə onun bu gücünə arxalanmışdır. Qəbilənin düşmənləri Zərqanın nəzərlərindən yayınmaq məqsədilə daşıdıqları ağacların arxasında gizlənmək qərarına gəlmişdilər. Zərqa baş verənləri sezmiş və ağacların onlara tərəf hərəkət etdiyi barədə öz qəbiləsinə xəbərdarlıq etmişdir. Lakin qəbilə üzvləri onun ağlını itirdiyini düşünərək bu xəbərdarlığa məhəl qoymamışdılar. Nəticədə Həsən Himyarinin qoşunları düşərgəyə çataraq bütün kişiləri qətlə yetirmiş, sonra isə Zərqanın gözlərini çıxararaq onu çarmıxa çəkmişdilər.
Adaptasiyalar 2024-cü ildə Ər-Riyadda "Zərqaül-Yəmamə" adlanan böyük operanın preyerası keçirilmişdir. Səhnə əsərinin librettosu səudiyyəli şair Saleh Zəmanən tərəfindən ərəb dilində qələmə alınmış, musiqisi isə avstraliyalı bəstəkar Li Bredşou tərəfindən bəstələnmişdir."First Saudi-penned opera opens in Riyadh ", BBC News, Sebastian Usher – 26 April 2024.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Çarmıxa çəkilmişlər Kateqoriya:Ərəb mifologiyası Kateqoriya:İslamdan əvvəlki Ərəbistanda qadın Kateqoriya:Peyğəmbərlər Kateqoriya:V əsr ərəbləri Kateqoriya:Ərəb cəmiyyəti Kateqoriya:Mistiklər Kateqoriya:Mövcud olmayan şəxslər Kateqoriya:Uydurma personajlar