Tariyel Ağazadə (rəsmi sənədlərdə Taryel İsa oğlu Ağazadə; 1998, Ağcabədi rayonu) — azərbaycanlı texnoloji media sahibkarı və texnobloger, "Tedroid Media Group" elmi-texnoloji və startap media platformasının qurucusu və həmtəsisçisi. 2024-cü ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Həyatı Tariyel Ağazadə 1998-ci ildə Ağcabədi rayonunda anadan olub. 2016–2021-ci illərdə Bakı Mühəndislik Universitetində təhsil alıb.

Fəaliyyəti 2018–2021-ci illərdə İnkubasiya və Akselerasiya Mərkəzində çalışıb. 2019-cu ildə SUP.VC şirkətinin proqram meneceri kimi Bakı Mühəndislik Universitetinin İnnovasiya Mərkəzinin təşkil etdiyi "UniTalks" seminarlarında spiker olub. 2021-ci ildə Türkiyənin "Paymes" fintex şirkətinin Azərbaycan bölməsində inkişaf üzrə menecer (growth manager), 2022-ci ildən isə "Kapital Bank"da innovasiyalar üzrə rəhbər vəzifəsində çalışıb.

Texnoloji media sahəsində fəaliyyətə "Webspace" platformasının həmtəsisçisi kimi başlayıb. 2020-ci ildə "techland.az" texnoloji jurnalını təsis edib, 2021-ci ildə bir il "tech.az" texnologiya mediasının həmtəsisçisi və idarəedici partnyoru olub. 2022-ci ildən "Tedroid Media Group"un qurucusu və həmtəsisçisidir.

Texnobloger kimi IV Şuşa Qlobal Media Forumunda "Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr" mövzusunda keçirilən panel müzakirəsinin iştirakçıları arasında olub.

Mükafatları Gənclər üçün Prezident Mükafatı (1 fevral 2024)

İstinadlar

Kateqoriya:Ağcabədi rayonunda doğulanlar Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Gənclər üçün Prezident mükafatı laureatları