Ponte Vekko (; "Qədim körpü") — İtaliyanın Florensiya şəhərində, Arno çayı üzərində yerləşən orta əsrlərə aid daşdan tikilmiş, qapalı formalı və tağlı körpü. İkinci Dünya müharibəsi zamanı Florensiyada dağıntıdan xilas olmuş yeganə körpüdür və üzərində tikilmiş mağazaları ilə seçilir. Vaxtilə belə körpülərdə mağazaların tikməsi geniş yayılmış təcrübə olub. Erkən illərdə bu mağazalarda qəssablar, aşılanmış dəri satanlar və fermerlər fəaliyyət göstərirdilər; hazırkı icarədarlar isə zərgərlər, incəsənət dilerləri və suvenir satanlardır. Ponte Vekkonun qonşuluğundakı iki körpü isə Ponte Santa Trinita və Ponte alle Qratziedir.
Körpü Via Por Santa Mariya küçəsini Via de Qviççardini küçəsi ilə birləşdirir.
Körpü öz adını Ponte alla Karraya tikildikdən sonra, onunla müqayisədə Florensiyanın ən qədim körpüsü olduğu üçün almışdır. Körpü eramızın 123-cü ilində imperator Adrianın göstərişi ilə salınmış Via Kassia Nova yolu ilə Roma dövrün Florensiyasını birləşdirdiyi vaxtdan etibarən şəhərin nəqliyyat sistemində mühüm rol oynamışdır.
Müasir dövrdə, avtomobil hərəkəti üçün bağlı olmasına baxmayaraq, körpü həm öz məşhurluğu, həm də çayın hər iki sahilindəki mühüm turistik məkanları ilə məşhurdur. Körpüdən həmçinin, bir tərəfdə Piazza del Duomo və Piazza della Signoriyanı, digər tərəfdə isə Oltrarno bölgəsindəki Palazzo Pitti və Santo Spirito ərazisini birləşdirməsi sayəsində piyada keçidi kimi də istifadə edilir.
Ponte Vekko körpüsü 1901-ci ildə Qədim Əsərlər və Təsviri İncəsənət Baş İdarəsi tərəfindən hazırlanmış, milli bədii irs hesab edilən abidələr siyahısına daxil edilmişdir.
Tarixi və tikintisi Körpü Arno çayının ən dar hissəsində salınıb.<ref name="tci"> İlk körpünün də elə burada; "Via Kassiya" yolunun çayı keçdiyi yerdə, Roma dövründə tikildiyi ehtimal olunur. Körpü haqqında ilkin məlumata 996-cı ilə aid sənəddə rast gəlinib. 1117-ci ildəki daşqın nəticəsində dağıldıqdan sonra daşdan yenidən bərpa olunub. 1218-ci ildə yaxınlıqda ağacdan "Ponte alla Karraya" körpüsünün salınması ilə, digər körpünü "Yeni körpü" adlandırmağa başlayıblar. Körpü 1333-cü ildə baş verən növbəti daşqın zamanı iki mərkəzi dayağı qalmaqla yenidən dağılıb; bu haqda Covanni Villaninin "Yeni xronika" əsərində bəhs edilib.Bartlett, Kenneth R. (1992). The Civilization of the Italian Renaissance. Toronto: D.C. Heath and Company. (Paperback). Page 40. Körpü 1345-ci ildə yenidən bərpa olunub.
Bu yer Florensiyada Arno çayı üzərindəki ən qədim keçidlərdən birini göstərir və ehtimal ki, Roma dövrünə, hətta daha əvvələ aiddir. Daşqınlar nəticəsində dəfələrlə ziyan alsa da, hazırkı körpü təxminən 1339–1345-ci illərdən bəri ayaqdadır. Uzun illər ərzində şəhərdə ən qədim olan yeganə körpü təxminən bir əsr əvvəl tikilmiş Rubakonte körpüsü idi. Lakin XIX əsrdə həmin tikiliyə edilən ciddi dəyişikliklərdən və 1944-cü ildə onun dağıdılmasından sonra Ponte Vekko Florensiyanın ən qədim körpüsü titulunu almış oldu.
Corco Vazari körpünün dizaynını Taddeo Qaddiyə aid edirdi — o, Cotto ilə birgə, iki yüz il sonra da xatırlanan azsaylı treçento (XIV əsr) sənətkarlarından biri idi. Müasir tarixçilər isə körpünün memarı kimi Neri di Fioravantini namizəd kimi təqdim edirlər.
Körpünün mərkəzi hissəsindəki kiçik açıq qalereyada köhnəlmiş, xatirə daşı yerləşir. Vaxtilə bu daşın üzərində: "Min üç yüz otuz üçüncü ildə daşqın səbəbindən uçdum; on il sonra, Kommunanın istəyinə uyğun olaraq, bu bəzəklərlə yenidən bərpa edildim" cümləsi yazılmışdı.Translated it would read, "In the thirty-third year following thirteen hundred, the bridge fell, from a watery flood: ten years later, at the pleasure of the Commune, it was rebuilt, with this adornment". (Touring Club Italiano, Firenze e dintorni 1964:321) Mannelli qülləsi isə körpünü qorumaq məqsədilə onun cənub-şərq küncündə inşa edilmişdi.
Körpü üç seqmentli tağdan ibarətdir: əsas tağın arasındakı məsafə 30 metr, iki yan tağın hər birinin arasındakı məsafə isə 27 metrdir. Tağların qalxma hündürlüyü 3,5 ilə 4,4 metr arasında dəyişir, ara məsafəsinin qalxma hündürlüyünə nisbəti isə 5:1-dir.<ref name="structurae"> Romalılar tərəfindən ənənəvi olaraq istifadə edilən yarımdairəvi tağlarla müqayisədə daha az dayaqlıq tələb edən belə dayaz seqmentli tağlar atlı arabaların rahat hərəkət etməsini təmin edirdi. Digər bir diqqətçəkən elementi isə Leon Battista Albertinin şəhərin qabarıq bəzəyi kimi təsvir etdiyi körpünün mərkəzindəki böyük piassadır.
Dantedən daşa həkk edilmiş yazısında (Cənnət XVI. 140-7) 1215-ci ildə Buondelmonte de Buondelmontinin Amidey klanı tərəfindən qətlə yetirildiyi və beləliklə Qvelflər və gibellinlər arasında şəhərdaxili döyüşlərin başladığı yerin — körpünün giriş hissəsi olduğu verilib.
Körpü həmişə dükanlara və mallarını dükanlarının önündəki masalarda satan tacirlərə ev sahibliyi edib; onlar satışlarını Barcellonun (lord-mer, hakim və polis səlahiyyətlisi) icazəsindən sonra edirdilər.
Sonradan edilən əlavə və dəyişikliklər
Palazzo Vekkonu (Florensiya meriyasını) Palazzo Pitti ilə birləşdirmək üçün 1565-ci ildə I Kozimo de Mediçinin sifarişi ilə Corco Vazari bir hissəsi Ponte Vekko körpüsünün üzərindən keçən Vazari dəhlizini inşa etdirdi.
Körpünün nüfuzunu artırmaq və onu təmiz saxlamaq məqsədilə 1565-ci ildə qəbul edilən və bu günə qədər qüvvədə olan fərmana əsasən, qəssabların bu körpüdə fəaliyyəti qadağandır (körpüdə yalnız zərgərlər və qiymətli daş-qaş ustalarına çalışmaq icazəsi verilib). Halbuki qəssablar birliyi 1442-ci ildən bəri körpüdəki dükanları öz inhisarında saxlayıblar.
Çayın yuxarı axarı tərəfdən görünən arxa dükanlar (retrobotteghe) isə XVII əsrdə əlavə olunub.
XX əsr 1900-cü ildə florensiyalı heykəltəraş və zərgərlik ustası Benvenuto Çellininin anadan olmasının dördüncü yüzilliyini qeyd etmək və onun xatirəsini əbədiləşdirmək üçün körpünün aparıcı zərgərləri florensiyalı heykəltəraş Rafaello Romanelliyə Çellininin bürünc büstünü sifariş etdirdilər. Körpünün şərq tərəfinin mərkəzində, fəvvarənin üzərində ucalan bu büst bu gün də öz yerindədir.
İkinci Dünya müharibəsi zamanı, 4 avqust 1944-cü ildə Britaniyanın 8-ci ordusunun irəliləməsi qarşısında geri çəkilən Alman ordusu, Florensiyadakı digər bütün körpülərdən fərqli olaraq, Ponte Vekko körpüsünü dağıtmadı. Bir çox yerli sakinin və tur bələdçisinin sözlərinə görə, bu, Hitlerin xüsusi əmri ilə bağlı idi. Alman səlahiyyətliləri qoşunları məşhur Qotik xətti boyunca yerləşdirmək üçün vaxt qazanmaq və keçidlərin qarşısını almaq məqsədilə Ponte Vekko istisna olmaqla, bütün körpüləri minalamaq, Ponte Vekkonu isə dağıntılarla əhatə etmək qərarına gəldilər. Körpünün hər iki tərəfindəki binaların uçurulduğundan Ponte Vekkoya giriş çətinləşmişdi; həmin binalar sonradan orijinalı əsasında yeniden bərpa edilmişdir.
Körpü 1966-cı ildə Arno çayının daşması nəticəsində ciddi zərər görüb.
2005-2006-cı illərdə Çellininin büstünün ətrafındakı məhəccərlərə bərkidilmiş və "sevgi qıfılları" kimi tanınan 5 500 ədəd qıfıl şəhər şurası tərəfindən yığışdırılıb. Şuranın bildirdiyinə görə, bu qıfıllar vizual baxımdan estetik görünmür, həmçinin büstə və onun məhəccərlərinə ziyan vururdu. İndi körpüyə "sevgi qıfılı" asıldığı halda cərimə tətbiq olunur.
Panoraması
İncəsənətdə thumb|left|Ponte Vekkonun yan görünüşünün dünyanın ən məşhur körpülərindən bəzilərinin yan görünüşləri ilə müqayisəsi Körpünün adı Cakomo Puççininin "O mio babbino caro" ariyasında çəkilir. Qrossi Florentinodakı divar rəsmi Napyer Uollerin tələbələri tərəfindən, onun rəhbərliyi altında işlənib hazılanıb.
İstinadlar
Mənbə Chiarugi, Andrea, Foraboschi, Paolo, "Maintenance of the Ponte Vecchio historical bridge in Florence," in: Extending the Lifespan of Structures, Vol. 2, IABSE Symposium Report, San Francisco 1995, pp. 1479–1484
Xarici keçidlər "Ponte Vecchio, Florence" on travel website Numberonestars.com (archived in 2007) Short text about Ponte Vecchio on private tourist website Travel-to-Florence.com
Kateqoriya:1345-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Florensiyanın görməli yerləri Kateqoriya:Florensiya mədəniyyəti Kateqoriya:Florensiyadakı binalar və tikililər Kateqoriya:XIV əsrdə İtaliyada memarlıq Kateqoriya:Tağlı körpülər