Əhməd Nadim Qasmi prospekti kimi də tanınan Yeddinci prospekt — İslamabadda yerləşən siqnalsız yoldur. İslamabad Zooparkı yaxınlığındakı Xəyaban-e-İqbal (Marqalla Yolu) kəsişməsindən başlayır və Srinagar şossesinin kəsişməsində bitir.

Yeddinci prospekt təxminən 70 milyon Pakistan rupisi xərclənərək inşa edilib. Bu yaxınlarda yerli yol polisi sürət həddini aşan sürücüləri yoxlamaq üçün yollarda sürət kameraları quraşdırmaq qərarına gəldi.

25 fevral 2017-ci ildə Paytaxt İnkişaf İdarəsi yolun adını mərhum yazıçı Əhməd Nadim Qasminin şərəfinə dəyişdirmək qərarına gəldi. Bunun üçün tələb olunan təsdiq federal kabinetə göndərildi, lakin adının dəyişdirilməsi üçün heç bir təsdiq bildirilmədi. thumb|250x250px|Daman-e-Kohdan (Şimal ucu) Yeddinci prospektə mənzərə thumb|250x250px|Daman-e-Kohdan (şimal ucu) gecə Yeddinci prospektin görünüşü

İstinadlar

Kateqoriya:Pakistan yolları