Ruda () — qədim ərəb mifologiyasında Yer və bərəkət ilahəsi, səmud ərəblərinin panteonunda (Nuha ilə birlikdə) ali tanrıça olmuşdur. Şimali səmud yazılarında mövcud olmayan, lakin cənubi səmud yazılarında rast gəlinən Üzza (öz növbəsində şimali səmud yazılarında yoxdur) ilə bu ilahə arasında eyniyyətin ola biləcəyi ehtimal edilmişdir. Bu, onların eyni tanrıça ola biləcəyinə işarə etmişdir.
İslamqədərki dövrdə Ərəbistan yarımadasının tayfa və qəbilələri tərəfindən ona sitayiş edilmişdir. Rudanın adı ilk dəfə Asarhaddonun salnamələrində *Ru-ul-da-a-a-ú* şəklində qeydə alınmış və ərəblərin digər tanrıları arasında xatırlanmışdır. O, Palmira yer tanrısı Arsu ilə qohum ola bilər. Həmçinin Günəş və ya Venera ilahəsi ehtimal edilmişdir. Mənbələrdə "ölüm xanımı" kimi də xatırlanmış və yeraltı səltənətin ilahəsi olmuşdur.Lipinski, 2000, pp. 618–619.
Adı Adı sami dillərindəki (RḌW, RḌ', RḌY) kökündən ("yer ilə əlaqəli") törəmişdir.
Bəzi etimologiyalara görə, adın mənası "lütfkar" və ya "mərhəmətli" kimi tərcümə olunmuşdur.
Herodotun adın tərkibindəki "dad" səsini yunan hərfləri ilə dəqiq yaza bilməməsi səbəbindən (həmin dövrdə adın ehtimal ki, Rudl və ya Rutl kimi tələffüz olunduğu güman edilmişdir) onun adı əsərlərində Orotau olaraq qeydə alınmışdır. Orotau adının mənşəyi ilə bağlı başqa fikirlər də mövcuddur.
İstinadlar
Kateqoriya:Döyüş ilahları Kateqoriya:Ərəb mifologiyası Kateqoriya:Məhsuldarlıq ilahələri Kateqoriya:Ölüm ilahələri