İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Coğrafiyası və iqlimi İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir.
Əhalisi İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır.
İqtisadiyyatı Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur. Bunlardan başqa quşçuluq və taxılçılıq kəndin iqtisadiyyatında mühüm rol oynayır. İkinci Biləcik kəndində böyük futbol meydançası fəaliyyət göstərir. Kəndin məktəbində 270 şagird təhsil alır.
İnfrastruktur Kənd 2024-cü ilin aprel ayından sürətli internetlə təmin olunmuşdur.
İstinadlar
Kateqoriya:Şəki rayonunun kəndləri