220px|thumb|Tacqoyma Şah Süleyman Səfəvi 1666
Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi () adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur.
Həyatı Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur. Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur.
Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi. Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.
Sam Mirzə bütün xüsusiyyətləri ilə atası II Şah Abbasdan geri qalırdı, bu özünü onun hakimiyyəti dövründəki hadisələrə reaksiyasında da öz əksini tapmışdır.
Taxta çıxması II Şah Abbas 25 sentyabr 1666-cı ildə özündən sonrakı şahı seçmədən vəfat etdi. 5 gün keçdikdən sonra şahın ölüm xəbəri bütün paytaxta yayıldı. Hərəmdə çalışan xədimlər və saray əyanları şah olaraq 7 yaşlı Həmzə Mirzənin seçilməsini istəyirdilər, çünki düşünürdülər ki, onu idarə etmək daha rahat olacaqdır, lakin Həmzə Mirzənin lələsi Ağa Mübarək Sam Mirzənin böyük övlad olmasını əsas gətirərək onun şah seçilməsini təmin etdi.
Səfi Mirzə uzun illər sarayda böyüyüb və axırlarda şahın gözündən düşmüşdü. Bu səbəbdən saray şurasının elçisi Damğandan gəlib onun çərkəs olan anasına oğlunun taxta çıxmaq üçün hərəmxanandan çıxmalı olmasını deyəndə, Səfinin anası onu həmin elçiyə təhvil verməkdən çəkinmişdi. Çünki onun anası belə zənn edirdi ki, həmin şəxs yalan danışır və Şah Abbas onu oğlunu öldürmək üçün göndərib.
Bu hadisələr zamanı məlum olur ki, şahzadələr sarayın hərəm qismində tam təcrid olunmuş halda yaşamışdır. Hətta şah öldükdən sonra hərbi əyanlar və saray əyanlarının əksəriyyəti şahzadələrn nə qədər və necə yaşda olmalarını dəqiq bilmirdilər. Hətta əyanlar II Şah Abbasın Sam Mirzəni öldürtdüyünü düşünürdülər.
Hakimiyyəti
I Dövr Müşavirə başa çatdıqdan bir gün sonra 1666-cı ilin 1 oktyabr tarixində Sam Mirzə II Şah Səfi adı ilə taxta çıxdı. Yeni şahın taxta çıxma mərasimi İsfahanda Şeyxülislam Məhəmmədbağır Səbzəvarinin rəhbərliyi altında keçirildi. Mərasim zamanı yeni şaha 300 özbək əsgərinin başları hədiyyə edildi. Bunların müqabilində şah xeyli mükafat dağıtdı. Bundan əlavə Osmanlı ordusunda xidmət etməmək üçün Səfəvi sarayına sığınmış 300 nəfərə də hədiyyələr verildi.
Bütün iri vəzifəli şəxslərin vəzifələri bir daha təstiqləndi. Şah möhürlərindən II Şah Abbas sözü təmizləndi. Yeni sikkələr II Şah Səfinin adı ilə zərb edilməyə başlandı. İsfahan şəhərində həyat yenidən öz axarına düşdü. tarixçi Matthee bu prosesləri belə təsvir edir:
II Səfinin hakimiyyətinin birinci ili çox uğursuz keçdi. Bu uğursuzluqlara misal olaraq 1667-ci il Şamaxı zəlzələsini, bütün imperiya ərazisində yayılmış müxtəlif yoluxucu xəstəlikləri, Stepan Razinin rəhbərliyi altında kazakların Xəzər sahili vilayətlərə yürüşünü misal göstərmək olar. Saray münəccimləri bütün bunların səbəbi kimi şahın taxta çıxma mərasiminin düzgün vaxtda keçirilməməsini göstərdilər. Nəticədə həll yolu kimi şahın taxtdan salınıb, sonra yeni bir mərasimlə yenidən şahlıq taxtına əyləşməsini göstərdilər. Bunun üçün vaxt isə 1668-ci ilin 20 mart günü seçildi.
Bütün bu proseslər zamanı isə şah dövlət idarəçiliyi ilə maraqlanmır və vaxtını yalnız hərəmdə keçirirdi.
II dövr 1668-ci ilin martın 20-də şah yenidən taxta çıxdı. Bu dəfə o fərqli adla şah elan edildi və özünə Şah Süleyman adını götürdü.
O, hakimiyyəti dövründə bütün dövlət idarəçiliyini öz baş vəzirlərinə və ya hərəm ağalarına həvalə etmişdi. Bu vəzifə sahibləri Şah Süleymanın hakimiyyəti dövründə öz güclərinin zirvəsinə çatmışdı. Bütün imperiya ərazisində rüşvət adi hala çevrilmişdi. Artan saray xərclərini qarşılamaq üçün əhali üzərinə qoyulan vergilər hər ay artırılırdı. Bu kənd təsərrüfatının və digər sahələrin inkişafına böyük problem yaradırdı. Artan vergilərə etiraz olaraq dəfələrlə sadə əhali İsfahan şəhərində üsyan etmişdi.
1672-ci ildə Şah Süleyman keçmiş baş vəziri Məhəmməd bəy Təbrizini yenidən baş vəzir təyin etdi. O, bu vəzifəni qəbul edərək İsfahana doğru yola çıxdı, lakin yolda vəfat etdi. Jan Şardenin yazdığına görə o, Şeyxəli xan Zəngənə tərəfindən yolda zəhərlənərək öldürülmüşdür. Çünki o, Şeyxəli xan Zəngənəni vəzifədə əvəz etməyə gedirdi.
1676-cı ildə Şah Süleyman gürcü şahzadəsi XI Georgini Kartlinin hakimi təyin etdi.
Səfəvi şahlarının uzun müddət Qafqaz xalqları ilə qohum olmasına görə onlar sarayda mühüm vəzifələrə yiyələnə bilmişdilər. Xüsusilə gürcülərin ordu da xeyli çoxalmasına baxmayaraq, hələ də Səfəvi ordusunun əsas hissəsini Qızılbaş döyüşçüləri təşkil edirdi.
Xarici siyasəti Onsuzda I Şah Abbasın ölümündən sonra Səfəvi dövlətinin xarici siyasətdə fəaliyyəti xeyli azalmışdı. Bu geriləmə prosesi Şah Süleymanın dövründə tamamilə sürətləndi.
Osmanlı ilə münasibətlər Şah Süleyman Osmanlı imperiyasının 1683-cü ildə Vyanadakı məğlubiyyətindən sonra belə Osmanlı imperiyası ilə ənənəvi müharibələrə başlamadı. Hətta Osmanlının Vyana məğlubiyyətindən sonra Avropa dövlətlərindən Osmanlı əleyhinə ittifaq təklifi olsa da, Şah Süleyman bu təklifləri rədd etmişdir. Şahın müharibə etməməkdə qəti olmasına görə də kiçik sərhəd münaqişələri müharibələrə çevrilməmişdir. Beləki, Süleymaniyyə şəhərinin banisi Süleyman Baban Osmanlı tərəfindən İraqın şimalına canışın kimi göndəriləndən sonra Səfəvi torpaqlarına hücumlar təşkil edirdi. 1678-ci ildə Səfəvi dövləti onunla döyüşmək üçün etmək Rüstəm xanın başçılığı altında ordu göndərdi və onlar Süleyman Babanı məğlub etdilər və Baban öldürüldü. Buna baxmayaraq həmin hadisə iki ölkə arasındakı əlaqələrə zərbə vurmadı.
1691-ci ildə Səfəvi dövləti II Sultan Əhmədin hakimiyyətə gəlməsini təbrik etmək üçün çoxlu hədiyyələrlə İstanbula bir heyət göndərmişdir.
Gürcüstan ilə münasibətlər Şərqi Gürcüstan Səfəvi dövlətinin hakimiyyəti altında idi və oranın hakimləri Səfəvi sarayı tərəfindən gürcü şahzadələri arasından seçilirdi.
1674-cü ildə yenidən Katexiyaya qayıdan İraklini yanına çağırtdırdı. Şahın İraklini Kaxetiyaya hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (Arçil) atası Şahnəvaz xanla (V Vaxtanq) məsləhətləşmədən İmeretiyaya qaçdı. Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda, atası Rüstəm xanın yanında dəfn etdilər. Süleyman şah Şahnəvaz xanın böyük oğlu XI Georgiyə də İslamı qəbul etdirərək Şahnəvaz (II) adı ilə vali təyin etdi.
Şah Süleyman 1676-cı ildə şahzadə XI Georgini hakim təyin etmişdi. 1688-ci ildə XI Georgi Səfəvi hakimiyyətinə qarşı üsyan başlatdı. O, bu üsyana Osmanlı imperiyasının yardım edəcəyini düşünürdü, lakin Osmanlı imperiyası gürcü üsyançılara yardım etməkdənn imtina etdi. XI Georginin əvəzinə I Herakl adlı gürcü şahzadəsi hakimiyyətə gətirildi. Darmadağın edilən XI Georgi Kartlidən qaçmağa məcbur oldu. Şah Süleyman Abbasqulu xanı Gürcüstana canışın təyin etdi. İslamı qəbul edərək Nəzərəli xan adını götürən İrakli isə Tiflisə canişin təyin edildi.
Mərkəzi Asiya dövlətləri ilə münasibətlər Mərkəzi Asiyada bu dövrdə Səfəvi imperiyası ilə qonşuluqda bir necə dövlət mövcud idi. Buxara xanlığının hökmdarı Əbdüləziz xanın dövründə Səfəvilərlə münasibətləri yaxşı olmuşdur. O, 1687-ci ildə hakimiyyəti qardaşına verərək Məkkəni ziyarətə getdi. Ziyarət əsnasında 1688-ci ildə Səfəvi dövlətinin ərazisindən keçdi. Onun şərəfinə Səfəvi dövləti tərəfindən Xorasanda və İsfahanda böyük şənliklər təşkil edildi. Əbdüləziz xan 1690-cə ildə Səfəvi dövlətini tərk edərək Məkkəyə yola düşdü,
lakin Səfəvi dövlətinin sərhədlərində yaşayan köçəri türkmən tayfaları tez-tez Səfəvi torpaqlarına soyğunçu yürüşlər keçirirdi. Bunun qarşısını almaq üçün 1676-cı ildə Astrabad üzərindən Səfəvi ordusu hücuma keçdi. Türkmən tayfaları darmadağın edildi.
Belə yürüşlər özbəklər tərəfindən də tez-tez təşkil edilirdi.
Rusiya ilə münasibətlər 1667-ci ildə Rusiya çarlığı ilə Səfəvi imperiyası arasında ticarət razılaşması imzalanmışdı. Bu razılaşmaya əsasən rus tacirlərinə Səfəvi dövləti ərazisində güzəştli ticarət etmə haqqı verilirdi.
Şah Süleyman Səfəvinin hakimiyyət illərində Rusiya ərazisindən kazakların Səfəvi ərazisinə dağıdıcı yürüşləri tez-tez baş verirdi. II Şah Abbasın hakimiyyətinin son illərində yenidən başlanan bu cür yürüşlər Şah Süleymanın dövründə daha intensiv xarakter aldı. Şah Süleymanın onlara qarşı göndərdiyi ordu məğlub edilmişdi.
Rusiya çarlığı ilə də müharibə şəraitində olan kazakların atamanı Stepan Razin 1670-ci ildə həbs edildi və Moskva şəhərində edam edildi.
Avropa dövlətləri ilə münasibətlər Bu dövrdə Avropa dövlətlərinin bir necəsindən Səfəvi sarayına elçilər göndərilmişdir. Bu elçiliyin əksəriyyəti ticarət razılaşması imzalamaq üçün olmuşdur. Ticarıt imtiyazları qazanmaq üçün xüsusilə çalışan hollandlar və ingilislər idi. Sonrakı dövrlərdə isə almanlar və fransızlar da fəallaşmağa başladı. Çox hallarda bu elçiliklər arasında rəqabət mövcud olurdu və Səfəvi sarayının özündə belə Səfəvi dövlətindən imtiyaz qoparmaq üçün öz aralarında gərgin mübarizə aparırdılar.
1683-cü ildə Vyanadakı Osmanlı məğlubiyyətindən sonra bir çox Avropa dövlətləri Səfəvilərə osmanlıya qarşı ittifaq təklif etsə də, bu qəbul edilməmişdi. Papa I İnosan da belə bir təkliflə Səfəvi sarayına elçilər göndərmişdi.
Şah Süleymanın bilinən az saylı bilinən diplomatik fəaliyyətlərindən biri də İngiltərə kralı III Uilyam ilə olmuşdur. O, 1668–1669-cu illərdə III Uilyama məktubu ilə birlikdə nümayəndə heyəti göndərərək kraldan Səfəvi imperiyasına sənətkarlar göndərməsini xahiş etmişdir. Məqsədi Avropa üslubunda yeni sənətkarlıq məktəbləri formalaşdırmaq idi.
Danimarka krallığı ilə münqaişə 1687-ci ildə Danimarka Şərqi Hindistan Şirkəti Benqal ticarət gəmisini zəbt etdilər və onu Hindistandakı Danimarka müstəmləkəsi olan Trankebar şəhərinə göndərdilər. Bu gəmi isə daha sonra paytaxt Kopenhagen şəhərinə göndərildi. Danimarkalılar tərəfindən zəbt edilmiş gəmidə İsfahanın Yeni Culfa bölgəsindən olan erməni tacirlərin malları daşınırdı. Səfəvilər bu malları geri qaytarmaq və ya malların pulunu Danimarka hökumətindən almaq üçün Kopenhagenə nümayəndə heyəti göndərdi. Səfəvi diplomatı Şah Süleymanın məktubunu kral V Kristiana (1670–1699) təqdim etdi. Məktub Şah Süleymanın adından III Kristiana ünvanlanmışdı. Çünki hadisə baş verən zaman kral o idi, lakin Səfəvi nümayəndəliyi uğursuz oldu.
Səfəvi şahının məktubu və zərifliklə hazırlanmış onun üz qabığı hal-hazırda Danimarka İncəsənət və Dizayn Muzeyində saxlanılır.
Şah Süleymanın şəxsiyyəti Şah Süleyman, Səfəvi şahzadələrinin özlərini göstərmək üçün heç bir cürətləri olmayan və ataları tərəfindən çox ciddi nəzarət altında saxlanıldıqları bir dövrdə tərbiyə edilib, böyüyüb. Şahzadələr hərəmxanalarda analarının və xacələrin kənarında böyüyürdülər və onların nəinki saray məclislərində iştirak edərək məsələlər barəsində öz nəzərlərini bildirmək imkanları yox idi, hətta onlara əqli və hərbi cəhətdən düzgün tərbiyə də verilmirdi. Belə bir tərbiyənin nəticəsi Səfi Mirzə, yəni sonralar Şah Süleyman kimi hakimiyyətə gələn şəxslər üçün heç bir təcrübəyə malik olmadan ölkəni anaları və xacələrin istəkləri ilə idarə etmələri, ölkənin işlərinin idarəçiliyində lazımi iradəyə malik olmamaları ilə nəticələnirdi.