Xırdapara-Dizaq mahalı — Qarabağ xanlığının 25 mahalından biri.
Mahal haqqında qısa bilgi Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi — əvvəlcə Pirəhmədli kəndi, sonra Saracıq kəndi Sərhədləri — Qərbdən Dizaq-Cəbrayılllı mahalı, şimaldan Dizaq mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı.
Mahalın tarixi Qədim-qayım Qarabağın mahallarından biri də Xırdapara-Dizaqdır. Mahalın sərhəd-sınırı güneydə Araz çayı, quzeydə Dizaq mahalı, günbatanda Dizaq-Cəbrayıllı mahalı və gündoğanda Cavanşir-Dizaq mahalı ilə çevrələnirdi.
Xırdapara-Dizaq mahalı əski Dizaq nahiyəsinin və Arazbar qəzasının əraziləri əsasında yaranmışdı. Pənahəli xan Sarıcalı-Cavanşir bu mahalı Dizaq mahalından, bir az da Arazbar qəzasından kəsib ayırmışdı. Mahal ərazisində qeyri-müsəlman yaşamırdı.
Xırdapara-Dizaq mahalının bizə bəlli olan ilk naibi Məlik Namazəli bəy Şəmil bəy oğludur. Məlik Namazəli bəy mahalın başkəndi Pirəhmədli şenliyində əyləşirdi. Məlik Namazəli bəydən sonra mahalın başçısı Məlik Həsən bəy Saracıği oldu. Məlik Həsən bəy Saracıq kəndində əyləşirdi. Məlik Həsən bəydən sonra mahala oğlu Məlik Həmzə bəy başçılıq etdi. Məlik Həmzə bəyin ağalıq dönəmində ruslar tərəfindən mahal inzibati ərazi vahidi ləğv olundu. Mahalların əvəzində sahələr yarandı. Xırdapara-Dizaq mahalının ərazisi Vərəndə sahəsinə bağlandı. Mahalın ərazisində olan bəzi kəndlər və obalar Cəfərqulu xan Sarıcalı-Cavanşirə bağlı idi. Savaş zamanı kənd əhalisini meydana naib Vəli ağa Arayatılı, oba əhalisini naib Məşədi Abdulla bəy Xəlil bəy oğlu Təzəkçili aparırdı.
1797-ci ildə Iran şahı Ağaməhəmməd şah Qovanlı-Qacarın Qarabağa yürüşündə viran etdiyi, qfylshlsms mülklərin siyahısıi var. Dizaq və Xırdapara-Dizaq mahallarına bağlı mülklərin siyahısıi.
1797-ci ildə Dizaq və Xırdapara-Dizaq mahalları Qarasular Ağdam Narcağ Kavallı Kilicçi Dondarlı Qarıqışlaq Əmirli Dövlətyarlı Pirəhmədli Mandı Yemişcəli Mollavəlili Rəfiəddinli Qarakollu Gorazıllı Güzlək Mirağalı Əhmədbəyli Yengicəli Qaradağlı Saracıq Xatınbulağı Qorqan Qızoğlu Murğuzlu İşıqlı Rəbənd İpəkli Xədicəxanımlı Tərxanlı Qoçəhmədli Arış Keçidərə Qarğabazarı Xələfşahlı Cuvarlı Haxulu Gavşatlı Çəmənli Hoğa Şıxımlı Qızılqışlaq Quzey Bürcü Güney Bürcü Alagöz Miyan Çərəkən Meydancıq Rizvan Şəbədinli Səlakətin Oxçu Məraxatun Azıx Kütül paraq Yaycı Palıd Hoğa Düdükçü Xələfşahlı Ərgünəş Çəmənli Türkeş Dərətünüb Qorzulu Pul
1823-cü ildə Xırdapara-Dizaq mahalı Mahal haqqında ilk dolğun məlumata polkovnik Yermolovun və mülkü müşavir Mogilyevskinin 1823-cü ildə tərtib etdiyi "Qarabağın statistik təsviri" adlı vergi dəftərində rast gəlirik. Həmin dəftərdən mahalla bağlı bilgini çıxarış edib yazımıza köçürək.
Xırdapara-Dizaq mahalı 1.Daşkəsən kəndi – 30 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Allahverdi kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, qardaşı 1 tüstü, çavuş 1 tüstü, dullar 2 tüstü, kasıb 1 tüstü. 7 tüstü də Cəfərqulu xana vergi ödəyirdi. Cəfərqulu xanın nökərinin oğlu Aslan bəyin 1 tüstüsü və 1 tüstü də Qaradağdan gəlmiş kasıb idi. 2.Balyand kəndi—13 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Cəfər kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, kasıb 1 tüstü, molla 1 tüstü, dul 1 tüstü. 3.Pirəhmədli kəndi— 17 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Vəliməmməd kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, çavuş 1 tüstü, dəllək 1 tüstü, molla 1 tüstü, Hüseynqulu ağanın nökərləri 2 tüstü, kasıb 4 tüstü. 4.Qoçəhmədli kəndi—23 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Hacı kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, çavuş 1 tüstü, dəllək 1 tüstü, yetim və dullar 3 tüstü. Köhnə kovxa Imamverdi qardaşları və xidmətçiləri ilə 6 tüstü məafdırlar. 5.Xatınbulağı kəndi—7 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Ismayıl kovxa 1 tüstü, kasıb 1 tüstü, Imamqulu ağanın rəiyyəti 1 tüstü, Əbdürrəhman bəyin rəiyyəti 1 tüstü, Böyük xanın rəiyyəti 1 tüstü. 6.Saracıq kəndi—8 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Məlik Həsən 1 tüstü, onun rəncbərləri 2 tüstü, qardaşı Molla Hüseyn 1 tüstü. Böyük xana vergi ödəyən rəiyyətlər 6 tüstü. 7.Gorazıllı kəndi—6 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: kor 1 tüstü, kasıb və yetim 2 tüstü, Gülməmməd bəyin 1 rəiyyəti vardı. 8.Əhmədbəyli kəndi— 1 tüstü vergi ödəyirdi. 1 tüstü də Cəfərqulu xana bağlıdır. 9.Güzlək kəndi—5 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Kovxa Məmməd 1 tüstü, subay 1 tüstü, Qaradağdan gəlmə 2 ailə. 3 tüstü Cəfərqulu xana vergi ödəyirdi. 10.Qarğabazarı kəndi—9 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Əbdürrəhman kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, molla 1 tüstü, kasıb 1 tüstü. 2 tüstü Cəfərqulu xana vergi ödəyirdi. 11.Qaradağlı kəndi—3 tüstü vergi ödəyir. Ödəməyənlər: kasıb 2 tüstü, Şahsevəndən gəlmə 1 tüstü. 3 tüstü Böyük xana vergi ödəyirdi.
1823-cü ilə bağlı qaynaqda Xırdapara-Dizaq mahalından bir çox oba və kəndlərin mülkədarlara məxsus olduğu da göstərilir. Yazımızda mülkədarlara məxsus oba və kəndləri də verməyi gərəkli bildik.
1.Babı kəndi—3 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Rəncbərlər 6 tüstü, Kədxuda Behbudəli bəy 1 tüstü, molla 1 tüstü, Köyük obasından 1 tüstü, nökər Şahverdi 1 tüstü, bağban Tanrıverdi 1 tüstü. 2.Horadiz kəndi—20 ailə vergi ödəyirdi. Vergi ödəməyənlər: Kədxuda Bayraməli 1 tüstü, onun rəncbəri 1 tüstü, Kərbəlayı 1 tüstü, Mahmud 1 tüstü, çavuş 1 tüstü, dəllək 1 tüstü, kasıb 1 tüstü, dullar 2 tüstü. Cəfərqulu xanın 2 rəncbəri də vergidən azad idi. Qaradağdan gəlmiş 4 Hüngütlü ailəsi vergi ödəyirdi. 1 dul və 2 tüstü vergi ödəmirdi. 7. Babı-Namazalı sərkar obası—4 tüstü vergi ödəyirdi. Bir neçə çoban və 6 gəlmə Şahsevən ailəsi vergidən azad olunmuşdu. 8.Molla Məhərrəm sərkar obası—4 ailə vergi ödəyirdi. Molla Məhərrəm, pişxidmət Məhəmməd vergidən azad olunmuşdu. 9.Mirzə Nağı obası—10 ailə vergi ödəyirdi. 3 kasıb və 1 dul ailəsi vergidən azad olunmuşdu. 10.Qazaxlar obası—9 ailə vergi ödəyirdi. Kədxuda Musa, təbib Ağa Məhəmmədhüseyn vergidən azad olunmuşdu. Xorasanoğlu məaf idi. 11. Zülfüqaroğlu obası—4 tüstü vergi ödəyirdi. 12. Novruzəli sərkar obası—1 tüstü vergi ödəyirdi. Qaradağdan gələnlər vergidən azad idilər. 13. Mustafa sərkar obası—8 ailə vergi ödəyirdi. Mustafa sərkar vergidən azad idi.
(Bax: Opisanie Karabaxskoy provintsii, sostovlennoe v 1823 qodu, po raspporyaceniyu qlavnoupravlyaşeqo v Qruzii Ermolova deystvitelnım statskim Sovetnikam Moqilevskim i polkovnikom Ermolovım. Tiflis, 1866.)
1828-ci ildə Xırdapara-Dizaq mahalı 1828-ci ilə aid qaynaqda Xırdapara-Dizaq mahalına bağlı dövlət (xəzinə) kənd və obalarının siyahısıi verilmişdir. Həmin siyaHını yazımıza köçürürük. # Kəndlər Vergiödəyənlər Ödəməyənlər Rəncbərlər 1 Daşkəsən 39 4 1 2 Balyand 17 1 1 3 Qoçəhmədli 30 1 1 4 Xatınbulağı 7 1 -5 Saracıq 8 2 16 Gorazıllı 9 1 -7 Güzdək 8 7 -8 Qarğabazarı 11 3 29 Qaradağlı 3 1 -10 Qışlaq 6 2 -11 Tumaslı 10 1 112 Sarıcalı 11 12 113 Süleymanlı 8 2 114 Qarakollu 11 1 -15 Horovlu 56 1 416 Sərkəlli 33 3 -17 Maralyan 56 5 418 Horadiz 31 3 119 Babı 8 4 1
Qeyd. Qarakollu kəndi Talıbxan ağa Pənahəli xan oğlu Sarıcalı-Cavanşirin övladlarına bağlı idi. Xırdapara-Dizaq mahalına Füzuli bölgəsinin Pirəhmədli kəndindən Babı kəndinədək olan yaşayış məntəqələri daxil idi.
1832-ci ildə Xırdapara-Dizaq mahalı 23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada (Xırdapara)-Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var. (Xırdapara)-Dizaq mahalı
Manaflar kəndi-molla 1 tüstü, 4 kişi, bəy rəiyyəti 6 tüstü, 16 kişi Qarakollu kəndi-dövlət kəndlisi 22 tüstü, 81 kişi Pirəhmədli kəndi-molla 1 tüstü, 3 kişi, bəy rəiyyəti 30 tüstü, 66 kişi Güzdəkli kəndi-dövlət kəndlisi 8 tüstü, 28 kişi, bəy rəiyyəti 2 tüstü, 4 kişi Qarğabazar kəndi-molla 1 tüstü, 3 kişi, bəy rəiyyəti 3 tüstü, 9 kişi Qoçəhmədli kəndi-molla 2 tüstü, 5 kişi, dövlət kəndlisi 31 tüstü, 82 kişi Əhmədbəyli kəndi-dövlət kəndlisi 2 tüstü, 5 kişi Dördçinar kəndi-bəy rəiyyəti 2 tüstü, 7 kişi Horadiz kəndi-dövlət kəndlisi 1 tüstü, 2 kişi, bəy rəiyyəti 43 tüstü, 90 kişi Təzəkçi obası-bəy rəiyyəti 4 tüstü, 9 kişi Mirzənağılı obası-bəy rəiyyəti 16 tüstü, 37 kişi Allahverdi kədxuda obası-bəy rəiyyəti 6 tüstü, 14 kişi Qazaxlar obası-bəy rəiyyəti 14 tüstü, 38 kişi Novruzalı sərkar obası-bəy rəiyyəti 9 tüstü, 26 kişi Abdulla sərkar obası-bəy rəiyyəti 3 tüstü, 7 kişi Kürdmahmudlu obası-bəy rəiyyəti 31tüstü, 76 kişi Minaxur Hüseynqulu obası-bəy rəiyyəti 11 tüstü, 30 kişi Babı kəndi-bəy rəiyyəti 15 tüstü, 44 kişi Molla Məhərrəm sərkar obası-bəy rəiyyəti 11 tüstü, 27 kişi Mustafa sərkar obası-bəy rəiyyəti 12 tüstü, 27 kişi Kərimbəyli obası-bəy 6 tüstü, 22 kişi, dövlət kəndlisi 17 tüstü, 35 kişi Allahyar sərkar obası-bəy rəiyyəti 5 tüstü, 12 kişi
Xırdapara-Dizaq mahalının naibləri Titul Adı Başlanığıcı Sonu Naib Məlik Namazəli bəy Pirəhmədli 1747 1788 Naib Məlik Həsən bəy Saracıği 1788 1822
Xırdapara-Dizaq mahalı 1822-ci ildə ləğv edildi. Dizaq mahalının tərkibinə qatıldı.
Mənbə Ənvər Çingizoğlu, Xırdapara-Dizaq mahalı, "Soy" dərgisi, 8 (16), 2008, səh.89–95. Ənvər Çingizoğlu, Xırdapara-Dizaq mahalı, Bakı: Mütərcim, 2013, 208 səh.
Həmçinin bax Qarabağ xanlığı
Kateqoriya:1747-ci ildə yarananlar Kateqoriya:Qarabağ xanlığının mahalları