Məsum bəy Qayıbov və ya Nikolay Dmitrieviç Qayibov () — məşhur Qayıbovlar nəslinə mənsub olan hərbçi. Çar ordusunda xidmət etmiş və general-mayor rütbəsinə qədər yüksəlmişdir.

Həyatı Məsum bəy Mirzə Məhəmmədqulu bəy oğlu Qayıbov 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bakı real məktəbini bitirəndən sonra orduda xidmət eetməyə başlamışdı. 1 sentyabr 1881-ci ildə siravı kadet kimi orduda xidmət etməyə başlayan Məsum bəyin ilk xidmət bölüyü II Konstantinovski Hərbi Məktəbi olmuşdur. 12 avqust 1883-cü ildə podporuçik rütbəsi ilə bu məktəbi bitirmiş və XIV Gürcüstan Qrenadir Alayında xidmət etməyə başlamışdır. 12 avqust 1887-ci ildən 28 aprel 1893-cü ilə qədər Leytenant rütbəsi ilə Mirzə Məsum bəy Qayıbov Qafqaz Hərbi Dairəsində xidmət etmişdir. 28 aprel 1893-cü ildən 19 may 1899-cu ilə qədər o, bölgə qərərgahında xidmət etmiş, 4 iyun 1895-ci ildə ştabs kapitan rütbəsinə yüksəlmişdir.Кавказский календарь на 1893 год. — Тифлис, 1892, s. 309

19 may 1899-cu ildə o, bölgə qərərgah komandanı adyunatının köməkçisi təyin edilmiş, 6 dekabr 1899-cu ildə kapitan rütbəsinə yüksəldilmişdir. 4 dekabr 1903-cü ildə isə, bölgə qərərgah komandanının əsas adyutantı təyin edilmiş, 26 fevral 1904-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldildikdən sonra Qafqaz Hərbi Dairəsinə ali adyutant vəzifəsinə təyin edilmişdir. 1907-ci ilin 6 dekabrında polkovnik rütbəsinə yüksəlmişdir.Список полковникам по старшинству. Часть I, II и III. Составлен по 1-е марта 1911 г. — Санкт-Петербург, 1911. s. 725

13 mart 1909-cu ildə polkovnik Qayıbov Terek bölgəsindəki Kazakların komandanının köməkçisi vəzifəsinə göndərilmiş, 6 dekabr 1913-cü ildə general-mayor vəzifəsinə yüksəlmişdir. Bu ali rütbəyə layiq görülməsinin səbəbi xidmətdə fərqlənmə olmuşdur.Список генералам по старшинству. Составлен по 15-е Апреля 1914 года. — Пг., 1914, s. 912

15 avqust 1915-ci ildə xəstəliyə görə xidmətdən ayrılmış, elə həmin ildə yaşadığı Tiflis şəhərində vəfa etmişdir.

Ailəsi Məsum bəy İrina xanımla ailə qurmuş və Pravoslavlığı qəbul etmişdi. Bundan sonra adını dəyişdirərək Nikolay Dmitrieviç Qayibov etmişdi. Boris bəy, Mixail (Mahmud adını qəbul edib) bəy adlı oğlanları vardı.

Mükafatları border|40px|link=Order of Saint Stanislaus (House of Romanov)#2nd class|2nd Class Ode of Saint Stanislaus — II dərəcəli "Müqəddəs Stanislav" ordeni (1906) border|40px|link=Order of Saint Anne|2nd Class Order of Saint Anne — II dərəcəli "Müqəddəs Anna" ordeni (1911) border|40px|link=Order of Saint Vladimir|3rd Class Order of Saint Vladimir — III dərəcəli "Müqəddəs Vladimir" ordeni (1914)

Həmçinin bax Qayıbovlar Mirzə Məmmədqulu Təbib

İstinadlar

Mənbə

Xarici keçidlər Müctəhidin xristian nəvəsi: General Nikolay Nikolayeviç Qayıbov — ARAŞDIRMA

Kateqoriya:Qayıbovlar (Qarabağ) Kateqoriya:Pravoslav azərbaycanlılar Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:Şuşa hərbçiləri Kateqoriya:Şuşa real məktəbinin məzunları