Leyla Hüseynağa qızı Məmmədbəyova (12 may 1922 - 23 may 2006) — Azərbaycanın məşhur patomorfoloq alimi, Azərbaycanın Əməkdar Elm Xadimi, Tibb emləri doktoru, professor.Azərbaycan Sovet Ensiklopediyası, VI cild, 1982, s. 494.
Həyatı Leyla Hüseynağa qızı Məmmədbəyova Qubada anadan olmuşdur.
1963-cü ildən Elmi Tədqiqat Eksperimental və Klinik Tibb İnstitutunun patomorfologiya laboratoriyasında müdir işləyib.
Tədqiqatları əsasən ürək damar sisteminin patologiyasına həsr edilib.
Akademik İvan Şirokoqorovun Azərbaycanda patoloji anatomiya elminin inkişafında özünəməxsus yeri olan istedadlı tələbələrindən biri də professor Leyla xanım Hüseynağa qızı Məmmədbəyova (1922-2006) olmuşdur. O, 1947-1963-cü illərdə patoloji anatomiya kafedrasında çalışmış, burada namizədlik və doktorluq dissertasiyası üzərində işləmişdir. 1967-ci ildə Tibb emləri doktoru, 1970-ci ildə professor adını almışdır.
Uzun illər M.A.Topçubaşov adına Respublika Elmi Cərahlıq mərkəzinin patomorfologiya laboratoriyasının müdiri vəzifəsində işləmişdir. L.H.Məmmədbəyova 200-dən artıq elmi məqalənin, bir neçə monoqrafiyasının müəllifidir.
Mükafatları "Şərəf nişanı" ordeni və müxtəlif medallarla təltif edilmişdir.
Həmçinin bax Tofiq Məmmədbəyovun və Kamal Məmmədbəyovun bacısıdır.
İstinadlar
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Qubada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Gürcüəsilli azərbaycanlılar Kateqoriya:Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimləri Kateqoriya:Azərbaycanın qadın alimləri