Süleymanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Süleymanlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir.

Toponimikası Qarabağ silsiləsinin ətəyindədir. Oykonim Süleyman (antrop.) və -li (mənsub. Şək.-si) komponentlərindən düzəlib. Yaşayış məntaqəsi vaxtilə Cənubi Azarbaycandan gəlmiş Süleyman adlı şəxs tərəfindən salındığına görə onun adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi Tanınmış şəxsləri Şikar Aslanov — Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev — Azərbaycan Milli Qəhrəmanı

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax Cəbrayıl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri