Çaxırlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Mehdili kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Çaxırlı oyk., sada. Cəbrayıl r-nunun Mehdili i.ə.v.-də kənd. Arazboyu düzənlikdədir; Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; İmişli r-nunun Məzrəli i.ə.v.-də kənd. Mil düzündədir; Masallı r-nunun eyniadlı i.ə.v.-də kənd. Lənkəran ovalığındadır. Oykonim qədim bulqar tayfa birliyinə daxil olan çakarlçakır tayfasının adını daşıyır. Çaxırlı qobusu (İmişli), Çaxırlı təpəsi (Masallı), Çaqarlı dağı (keçmiş Şuşa qəzası), Çaxırlı (Ermənistanın Vardenis r-nunda Sovetakert kəndinin 1978-ci ilədək adı) və s. coğrafi adlar da bu tayfanın adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax Cəbrayıl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri