Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsində kənd. 10 oktyabr 2006-cı il tarixli 151-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsi Goranlı kənd inzibati ərazi vahidi hesab edilmişdir.

Toponimikası XIX əsrdə Qarabağ düzündə maldarlıqla məşğul olmuş goran tirəsinin adı ilə bağlıdır. XIX əsrdə Gorançayın sol sahilində, indiki Qayadamı deyilən yerdə yerləşən kənd Goran adlanırdı. XX əsrin əvvəllərində həmin kənd Kürəkçayın sağ sahilinə köçmüş və Goranlı (Gorandan gələnlər) adlanmışdır.

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində, Kürəkçay stansiyasının alt tərəfində, Qazançı və Xəsədərli kəndlərinin neytralında yerləşir.

Goranlı kəndi isti iqlimə və az şoranlaşmış torpaq qatına malikdir. Torpaq strukturunun zəif olması kənd əhalisini maldarlıqla məşğul olmağa sövq edir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 582 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisi əsasən heyvandarlıq və qismən də maldarlıqla məşğul olur. Bununla yanaşı taxıl əkiminə və yoncaçılığa da böyük üstünlük verilir. Yaşayış sahələrində ailəni təmin edən meyvəçilik və bostançılıq da xüsusi yer tutur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Goranboy rayonunun kəndləri