Pirbudağ və ya Pirbılağ və ya Pirbulaq () — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Kənd Kövsər şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir.

2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 316 nəfər (kişilər: 140 nəfər — qadınlar: 176 nəfər) olmuşdur. Kənddə 57 ailə yaşayır. Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar.N. Süleymani,"Givi tarix aynasında", Bağe rizvan Nəşriyyatı, Ərdəbil,2008-ci il ISBN 978-964-8358-65-0

Coğrafiyası Ərdəbildən 90 km cənub-qərbdə, Givi şəhərindən 30 km qərbdə,37° 42' 16" şimal enində və 48° 08' 11" şərq uzunluğunda, dəniz səviyyəsindən 1810 m yüksəklikdə yerləşir. Şimaldan Təbrizək, cənub-şərqdən Aftafa, şərqdən Pərdəsti və Nilaq, qərbdən isə Üçbulaq və Bağçacıq kəndləri ilə əhatə olunub.

İqtisadiyyatı Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.

Təhsilin vəziyyəti Kənddə ibtidai məktəb fəaliyyət göstərir.

Din Pirbidağın əhalisinin 100% müsəlmandır və hamısı şiə təriqətinə (cəfərilik) məxsusdur.

İstinadlar

Kateqoriya:Kövsər şəhristanının kəndləri