Ürkməzli — Azərbaycan Respublikasının Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası Ürkməzli oyk., sadə. Kiçik Qafqaz dağlarının ətəyindədir. Yaşayış məntəqəsini vaxtilə ürkməzli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1151 nəfər əhali yaşayır. Əhalinin 561 nəfəri kişilər, 590 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Diqqətəlayiq şəxslər Sübhan Bəkirov (1964) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral. Cavid Səfərov (1965–2022) — Rostok Universitetinin (Almaniya) Texniki Termodinamika kafedrasının əməkdaşı, texnika elmləri namizədi.
Həmçinin bax Qazax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri