Leşkər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kiçik Qaramurad kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Orta dağlıq qurşaqdadır. Leşkər variantmda da qeydə alınmışdır. Yaşayış məntəqəsini vaxtilə Qazax mahalından gəlmiş ailələr xalq arasında Leş- kar adlanan yerdə salmışdılar. Ləşkər İran dillərində "qoşun, ordu", "düşərgə" mənalarında işlənir. Yerli əhalinin məlumatma görə, vaxtilə İran şahının qoşunu bir müddət burada düşərgə saldığına görə həmin yerə bu ad verilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 670 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri