Aşağı Kürkəndi — Azərbaycan Respublikasının Salyan rayonunun Arbatan kənd inzibati ərazi dairəsində kənd. Kür çayının sahilindədir.

Tarixi Yaşayış məntəqəsi XX əsrin əvvəllərində Salyan balıq vətəgələrində işləmək üçün Cənubi Azərbaycandan gələnlər tərəfindən salınmış və Kürkəndi adlandırılmışdı. Sonralar tikinti idarəsinin fəhlə və qulluqçuları üçün salınmış qəsəbə də kəndlə birləşmışdir.

Etimologiyası Yeni salınmış yaşayış məntəqəsi həmin kənddən bir qədər Aşağıda yerləşdiyi üçün Aşağı Kürkəndi adlandırılmışdır. Kürkəndi "Kür sahilində kənd" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Əhalisi 1314 nəfərdir (2010).

İstinadlar

Kateqoriya:Salyan rayonunun kəndləri