Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir.

17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir.

Təhsil Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır: 1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi 2. Traktorçu – maşinist 3. Geniş profilli traktorçu – maşınist, təmirçi – çilingər 4. Kimyəvi bakterioloji analiz lobarantı 5. Avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər

Mənbə Azərbaycan Respublikasının Milli Məclisi № 458-IIQ qərarı.

İstinadlar

Kateqoriya:Neftçala rayonunun kəndləri