Novruzlu — Azərbaycan Respublikasının Saatlı rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Novruzlu kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Novruzlu kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Yaşayış məntəqəsi XIX əsrin ortalarında Dəllər kəndindən ayrılmış novruzlu nəsli­nin həmin kəndə məxsus pay torpaqlarında məskunlaşması nəticəsində yaranmışdır.

Coğrafiyası və iqlimi Kənd Sarısu gölü ilə Kür çayının arasında, Mil düzündə yerləşir.

Əhalisi Əhalisinin sayı 626 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Saatlı rayonunun kəndləri