Qazbabalı — Azərbaycan Respublikasının Şabran rayonunun Əmirxanlı kənd inzibati ərazi dairəsində kənd.

Kəndin adı 1830-cu il siyahıyaalınmasında Qazı Babalı olaraq qeydə alınıb, zaman keçdikcə Qazbabalı/Qozbabalı şəklinə düşüb.

Əhalisi 1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Bakı quberniyasının Quba qəzasının Əmirxanlı kənd dairəsi, Qozbabalı (Qazbabalı) kəndində 34 tüstü və 230 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə — "tatarlar"). Kəndin əhalisi 351 nəfər təşkil edir. Kəndin milli tərkibi azərbaycanlılardan ibarətdir. Qazbabalı kəndinin ən önəmli və böyük problemlərindən biri kənd əhalisinə ciddi ziyanlar yetirən torpaq sürüşməsidir.

Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Şabran rayonu Qazbabalı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 000 manat vəsait ayrılmışdır."Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az

İstinadlar

Kateqoriya:Şabran rayonunun kəndləri