Giləparqo — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.

Giləpərqo Astara rayonunun Siyəku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində salınmışdır. Oykonimi tədqiqatçılar qələpırqo (TalıŞərq "qoyun surusu otlayan yer, örüş") və ya viləparqo (gul kimi yumşaq, gul kimi təmiz) sözlərinin təhrif olunmuş forması hesab edirlər. Əslində, oykonim giləklərin adı ilə bağlıdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 288

Etimologiyası Coğrafi ad talış dilindəki qələpirqo sözünün təhrif forması olub, "qoyun sürüsü otlayan yer", "örüş" mənasındadır (Giləklərin örüşü).Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri