Gömür kəndi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh

Tarixi Adı mənşəcə, türk sözü olub "gömmək", "basdırmaq" mənasını verir. Başqa bir bənzər versiyaya görə isə "Göy ömür" mənasındadır.

Mədəniyyəti Kənddə yeni tipli orta məktəb(2006), icra numayəndəliyi (2014) binası vardır.

Yolların asfaltlanmasi prosesi başa çatdırılıb.

Coğrafiyası Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, dağlıq ərazidə yerləşir. Geniş otlaqlara və biçənəklərə sahibdir. Ərazidə çoxlu dərman mənşəli bitki əvəlik, şıbbık, ələyəz, qırxbuğum, səhləb, ödotu, çobanyastığı, böyrəkotu və s.), kol meyvələri (yemişan, zirinc, itburnu, böyürtkən, mərmərik qoyungözü, qaraçöhrə və s. vardır.

Əhalisi İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başlanmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gömür kəndində 12 evdə 27 nəfəri kişilər 23 nəfəri isə qadınlar olmaqla 50 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı.Шопен Иван Иванович. "памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. " Санкт-Петербург, Издательство: Типография Императорской Академии Наук, 1852 г. Оглавление: Часть III, Отделение III. Народонаселение, Глава шестая. Народонаселение, 2. Число народонаселение в настоящее время, Таблица народонаселения Армянской области, стр. 607–610

2009-cu il Azərbaycan Respublikası əhalisinin siyahıyaalınmasına əsasən əhalinin sayı 536 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Tanınmış şəxsləri Şirin Şirinli — aşıq, musiqiçi Hümbət Ağamaliyev — əməkdar həkim.

İqtisadiyyatı Əhali əsasən qoyunçuluq, maldarlıq və arıçılıqla məşğuldur.

Həmçinin bax Gömür mineral bulağı

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun kəndləri