Nursu (əvvəlki adı: Nurs) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılmışdır.
Rayon mərkəzindən 8 km şm,-ş-də dağətəyi ərazidədir. Əhalsisi 768 nəfər (2000); bağçılıq və heyvandarlıqla məşğuldur. orta məktəb, klub, kitabxana ambulatoriya, rabitə şöbəsi var.
Nursu-Şahbuz rayonunda çay. Naxçıvançayın sol qolu. Mənsəbindən 46 km məsafədə ona tökülür. Uzunluğu 13 km, hövzəsinin sahəsi 52 km² -die. Əsasən qar və qrunt, qismən yağış suları ilə qidalanır.
Əhalisi Əhalisi 849 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Tanınmış şəxsləri Məmməd Araz Adil Bağırov İbrahim Kazımbəyli Mübariz Bağırov Firidun Hüseynov İzaməddin Bağırov Əlabbas Bağırov
İstinadlar
Həmçinin bax Nursu nekropolu Dərə piri (Şahbuz)
Kateqoriya:Şahbuz rayonunun kəndləri