Fındığan – Azərbaycan Respublikasının Xızı rayonunun Fındığan kənd inzibati ərazi dairəsində kənd.Kəndin əhalisini etnik Tatlar təşkil edir. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Fındığan kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fındığan kənd Soveti yaradılmışdır.

Toponimikası Oykonim fındıq (meyvə ağacı) və -an (cəmlik, çoxluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "fındıq ağacları cox olan yer, fındıqlıq" deməkdir.

Coğrafiyası və iqlimi Kənd Ataçayın sahilində, dağətəyi ərazidə yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xızı rayonunun kəndləri