Hacıcavadlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Göytəpəçayının sahilindədir. Yerli əhalinin məlumatına görə yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycandan gəlmiş İbrahim, Hacı Cavad və İsrafil adlı üç qardaş salmışdır. Kənd əvvəllər İbrahimli, sonralar isə Hacı Cavadlı adlanmışdır. Oykonim "Hacı Cavada məxsus kənd mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 580 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Coğrafiyası Kənd Göytəpəçayın sahilindədir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri