Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. Məzmun Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.94.

Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar.

Film haqqında Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb. Film Elçinin "Ox kimi bıçaq" povesti əsasında çəkilib. Filmə SSRİ-də 17 milyon adam baxıb.

Filmin üzərində işləyənlər Rejissor: Arif Babayev Əsər müəllifi: Elçin Ssenarist: Elçin Operator: Valeri Kərimov Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə

Rollarda Şahmar Ələkbərov — Gündüz Adil İsgəndərov — Dadaşlı Yusif Vəliyev — Fəttah; Qurd Cəbrayıl Hamlet Xanızadə — İmaş Amaliya Pənahova — Ziba Akif Əli — Fazil Rasim Balayev — Cəbi Həsən Məmmədov — Qəmərli Rafiq Əzimov — Hüseynov Ələsgər İbrahimov — Cabbarov Ənvər Həsənov — Oqtay Dinarə Yusifova — Safura Nicat Bəkirzadə — Kazımov Firəngiz Abbasova — Cəbinin anası Sadıq Hüseynov — Əli kişi

Filmi səsləndirənlər:

Elxan Ağahüseynoğlu — Qurd Cəbrayıl (Yusif Vəliyev) (titrlərdə yoxdur)

Həsən Əbluc— Fazil (Akif Əli) (titrlərdə yoxdur)

Sadıq Hüseynov — yaşlı Hüseynov (Rafiq Əzimov) (titrlərdə yoxdur)

Kamal Xudaverdiyev — Cabbarov (Ələsgər İbrahimov) (titrlərdə yoxdur)

Yaşar Nuri — Oqtay (Ənvər Həsənov) (titrlərdə yoxdur)

Ofeliya Sənani — Safura (Dinarə Yusifova) (titrlərdə yoxdur)

Ağaxan Salmanlı — Kazımov (Nicat Bəkirzadə) (titrlərdə yoxdur)

Mirvari Novruzova — Cəbinin anası (Firəngiz Abbasova) (titrlərdə yoxdur)

Səməndər Rzayev — Dadaşlı (Adil İsgəndərov) (titrlərdə yoxdur)

Əliabbas Qədirov - Milis işçisi (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 33. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 189-190.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1977-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1977-ci ilin filmləri Kateqoriya:1977-ci ilin Azərbaycan filmləri Kateqoriya:Detektiv filmləri Kateqoriya:Arif Babayevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri