Gün keçdi — kinorejissor Arif Babayevin filmi.Abbaslı, T. 54 illik ömürdə — : "Uşaqlığın son gecəsi", "İnsan məskən salır", "Gün keçdi"…: [kinorejissor Arif Babayev haqqında] //Mədəniyyət.- 2015.- 18 sentyabr.- S.13."2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Məzmun Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir…
Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi. Keçmiş və gələcək "məkan" arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır.
Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan (Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar.
Filmdə belə bir fəlsəfi məqam vurğulanır ki, ötən günü geri qaytarmaq mümkün deyil. Bu, Əsmərin bütün hərəkətlərində, film boyu davam edən xatirələrində ortaya qoyulur. Tamaşaçı filmə baxarkən nəsə gözlədiyi kimi, Əsmər özü də gözləyir. Ancaq filmin sonunda o, hiss edir ki, Oqtayla bir-birilərinə lazım deyillər. Təbii ki, keçmiş də keçmiş olaraq qalır.
Film haqqında Film yazıçı Anarın "Gürcü familiyası" hekayəsi əsasında ekranlaşdırılmışdır. Hekayə 1967-ci ilin yayında "Literaturnaya Qazeta"da çap olunmuşdu. Sonralar yazıçı bu hekayə əsasında "Gün keçdi" ssenarisini yazdı. Filmə 2-ci kateqoriya verilmişdir. Çəkilişlər zamanı "Gün Keçdi"nin ssenarisi olduğu kimi lentə alınmadı. Belə ki, ssenarinin sonluğunu Həsən Məmmədov qəbul etmirdi və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalırlar."Gün keçdi"də hansı kadr etiraz doğurub?: Həsən Məmmədovun təkidilə ssenarinin sonluğu dəyişdirilib: [rejissor Arif Babayevin eyniadlı filmi haqqında] //Azadlıq.- 2014.- 11 noyabr.- S.14. Həsən Məmmədovun dediklərindən: "Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni, ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, mənim sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu….""Gün Keçdi: İki aktyorun filmi", Ekspress qəzeti, 17.07.2003, Ulduzə Qaraqızı. Məhz "Gün keçdi"də Arif Babayev kinomuzda kök salan "lentə alınmış teatr" estetikasına üsyan etdi. Filmdə aktyorlar, dekorlar deyil, audiovizuallıq prinsipi önə çıxdı…"Aydın Dadaşov "Sənətdə keçən ömür", 525-ci qəzet, 24.09.2005, səh 30.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Anar Ssenari müəllifi: Anar Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Kamal Seyidov Rejissor: Fikrət Əliyev Redaktor: Ədhəm Qulubəyov Mahnıların mətni: Vaqif Səmədoğlu Rejissor assistenti: Akif Rüstəmov Operator assistenti: Rafiq Kərimov, V. Romanov Qrim rəssamı: V. Arapov Montaj edən: A. Filimonova, A. Abramova Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Yusif Yusifzadə Mahnı ifa edən: Flora Kərimova, Mirzə Babayev (titrlərdə yoxdur) Fotoqraf-rəssam : Pərviz Quliyev
Rollarda Leyla Şıxlinskaya — Əsmər Həsən Məmmədov — Oqtay Həsənağa Turabov — Oqtayın iş yoldaşı Çingiz Əlioğlu — Camal Muxtar Avşarov — poçtalyon Sədayə Mustafayeva — Əsmərin anası Sona Aslanova İ. Şakarova S. Nağıyeva Sevil Rüstəmova — Oqtaya teleqramı çatdıran qız T. Quliyev S. Azriyel D. Abdullayeva Törəxanım Zeynalova — qonşu qadın "Qaya" Vokal Kvarteti
Filmi səsləndirənlər Həsənağa Turabov — Oqtay (yetkin) (Həsən Məmmədov) (titrlərdə yoxdur) Amaliya Pənahova — Əsmər (yetkin) (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur) Ofeliya Sənani — Əsmər (gənc) (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur) Süsən Məcidova — Nənə (Törəxanım Zeynalova) (titrlərdə yoxdur) Ətayə Əliyeva — Əsmərin anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Səməndər Rzayev — Oqtayın iş yoldaşı (Həsənağa Turabov) (titrlərdə yoxdur) Ramiz Məlikov — Oqtayın tanışı (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Həsən Seyidbəyli. "Azərbaycan kinosu — 71" //"Ulduz" jurnalı.- 1972.- № 7. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 180; 187–190. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər Filmi izlə
Filmin musiqisi left|thumb|Musiqi-1. Flora Kərimova — "Bir axşam taksidən…" mahnısı left|thumb|Musiqi-2
Həmçinin bax
Kateqoriya:1971-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:İçərişəhərdə çəkilən filmlər Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Arif Babayevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1971-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər