Sulutəpə — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbə inzibati-ərazi vahidinin Sulutəpə qəsəbəsi Xocəsən qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. 2 oktyabr 2006-cı il tarixli 148-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən 208 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir.
Tarixi Sulutəpə 1999-cu ildə qəsəbə statusu alıb.Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s.116
Coğrafiyası və iqlimi thumb|right
Sulutəpə qəsəbəsi Abşeron yarımadasının qərbində, Xırdalan şəhəri yaxınlığında yerləşir.
Əhalisi Əhalisi 17,9 min nəfərdir.
İqtisadiyyatı Əhalisi əsasən sənaye müəssisələrində və kənd təsərrüfatında çalışır. Sosial obyektləri vardır.
İstinadlar
Xarici keçidlər Azərbaycan Prezidenti İlham Əliyev Suraxanı rayonunun Bülbülə, Binəqədi rayonunun Biləcəri qəsəbələrində və Sulutəpə yaşayış sahəsində görülən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur
Həmçinin bax
Kateqoriya:Binəqədi rayonunun qəsəbələri Kateqoriya:Bakı coğrafiyası